Toxumun dərmanlanmasının əhəmiyyəti
2024-07-31 00:00:00
Bir çox kənd təsərrüfatı bitkilərinin toxumları infeksiya daşıyıcılarıdır. Belə ki, toxumların həm daxilində, həm də səthində müxtəlif növ xəstəliklərin törədicilərinin sporları, göbələklərin mitselləri və s. olur. Belə toxumlarla səpin aparıldıqda ya bitki tamamilə məhv olur və ya alınmış cücərtilər zəif olur ki, bu da vegetasiya müddətində bitkilərin zəif olmasına və ciddi məhsul itkisinə (30%-dən çox) səbəb olur. Bol və keyfiyyətli məhsul əldə etmək üçün toxumun dərmanlanması başlıca şərtlərdən biridir.
Dərmanlama toxumları həm daxildən, həm də torpaq patogenlərindən qoruyur. Cücərtilərin kök çürümə xəstəliyi, eləcə də torpaq zərərvericiləri ilə zədələnməsi azalır. Payızlıq əkinlərin şaxtaya qarşı davamlılığı artır. Ətraf mühitə mənfi təsirlər azalır. Beləki, səpin materialının dərmanlanması, vegetasiya müddətində kimyəvi maddələrdən istifadəni azaltmağa imkan verir. Məhsulun keyfiyyəti yaxşılaşır - dərmanlanmış toxumlardan vaxtında cücərtilər alınır, cücərtilərin inkişafı ləngimir, güclü inkişaf etmiş bitkilər xəstəliklərə yoluxmur, stresə qarşı davamlı olur və nəticədə keyfiyyətli və yüksək məhsul alınır.
Səpin üçün nəzərdə tutulan toxumluq materialın zərərli orqanizmlərlə bağlı işlənməsi fiziki, bioloji və kimyəvi üsullarla həyata keçirilir. Kimyəvi üsulla işlənmə üstünlük təşkil edir və bu məqsədlə müxtəlif fungisidlərdən istifadə olunur.
Kimyəvi dərmanlanma: Preparatın növündən, zərərli orqanizmin biologiyasından və toxumun xüsusiyyətlərindən asılı olaraq bitki mühafizəsi təcrübəsinə əsasən quru, yarım quru, yaş və nəmləndirmə yolu ilə dərmanlama aparılır. Məhsul sahədən yığılıb çeşidləndikdən, təmizləndikdən, müvafiq nəmliyə çatdırıldıqdan sonra dərhal dərmanlanmalıdır. Belə olduqda toxumun üzərində və ya daxilində olan xəstəlik törədiciləri inkişaf etməmiş məhv edilir və toxum steril qalır. Toxumun vaxtında dərmanlanaraq anbarlara yığılması onun sağlam və itkisiz saxlanmasının başlıca şərtlərindəndir.
Toxumların səpinqabağı dərmanlanması toxumun qabığında, epidermisin altında, rüşeym və endosperm daxilində yayılan xəstəlik törədicilərinin ehtiyatının məhv edilməsinəsəsəb olur. Səpinqabağı dərmanlanmış toxumların üzərində preparatlar qaldığı üçün torpaqda olan xəstəlik törədiciləri, həmçinin zərərvericilər toxuma ziyan vura bilmir.
Dərmanlanmanın keyfiyyətini yüksəltmək, dərmanların toxumların səthindən axmasının qarşısını almaq və sanitar-gigiyenik tələbləri yaxşılaşdırmaq üçün örtük əmələ gətirən maddələrdən istifadə olunur. Qoruyucu-stimullaşdırıcı preparatlarla dərmanlanma aparıldıqda müxtəlif növ universal dərman preparatlarından istifadə olunur. Belə toxum dərmanları ikili və üçlü təsiredici maddəyə malik olduğundan həm zərərvericinin, həm də xəstəliyin yayılmasının qarşısını alır. Toxumun dərmanlanmasına 262.5 q/l tiametoksam+25 q/l difenokonazol+25 q/l fludioksonil, 92.3 q/l tiametoksam+36.92 q/l difenokonazol+3.08 q/l mefonoksam, karboksin 200q/l+tiram 200 q/l və s. tərkibli preparatların istifadəsi tövsiyə olunur.
Aqrar Xidmətlər Agentliyi, toxum istehsalçılarının nəzərinə çatdırır ki, toxumun səpinqabağı dərmanlanması ilə bağlı məsləhət və tövsiyələrin alınması üçün Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarına müraciət edə bilərlər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır