Nazir Məcnun Məmmədov Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb
2024-08-06 00:30:00
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşdə arıçılıq sahəsində mövcud vəziyyət və bu sahənin inkişaf etdirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nazir Məcnun Məmmədov bildirib ki, ölkəmizdə arıçılığın inkişaf etdirilməsi kənd əhalisinin gəlirlərinin artmasına və məşğulluğunun təmin edilməsinə ciddi təsir göstərir. Bu səbəbdən dövlət tərəfindən arıçılığın subsidiyalaşdırılması istiqamətində müvafiq addımlar atılıb, 2018-2023-cü illərdə hər arı ailəsinə görə arıçı fermerlərə subsidiya ödənilib. Dövlət dəstəyi sayəsində ölkəmizdə həm arı ailələrinin, həm arıçılıqla məşğul olan şəxslərin sayında ciddi artım olub. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının qərarı ilə arıçılıqda istifadə olunan avadanlıq və texnikalar “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”na daxil edilib. Artıq uzun illərdir ki, ölkəmizdə Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə dəstəyi ilə arıçılıq məhsullarının sərgi-satış yarmarkalarının təşkil olunduğunu deyən nazir bu tədbirin arıçıların gəlirlərinin formalaşmasında, həmçinin əhalinin arıçılıq məhsullarına olan tələbatlarının ödənilməsində mühüm rol oynadığını vurğulayıb. Azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin təşkili çərçivəsində 4 il əvvəl Kəlbəcər və Laçın yaylaqlarına ilk arıçılıq təsərrüfatlarının köçürüldüyünü xatırladan nazir bildirib ki, artıq azad olunmuş ərazilərdəki digər yay otlaqlarına da təsərrüfatları köçürmək imkanları yaradılıb.
Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov rəhbərlik etdiyi ictimai qurumun Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini bildirib, son illər arıçılıqda əldə olunan nailiyyətlərdə bu əməkdaşlığın xüsusi rol oynadığını deyib. Assosiasiyada Azərbaycanın 50-dək rayonundan 20 mindən çox arıçının təmsil olunduğunu deyən Bədrəddin Həsrətov əsas missiyalarının ölkədə arıçılığın daha da inkişafına dəstək olmaq olduğunu vurğulayıb. Assosiasiya sədri bu istiqamətdə görülən işlər barədə geniş məlumat verib, respublikanın müxtəlif bölgələrində xarici ölkələrdən dəvət olunmuş nüfuzlu arıçıların iştirakı ilə çoxsaylı təlimlər, konfranslar keçirildiyini xatırladıb.
Görüşdə arıçılıq sahəsində ixtisaslı kadr hazırlığı, bu sahənin inkişafına dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, azad olunmuş ərazilərin yay otlaqlarının mövcud potensialından arıçılığın inkişafı üçün səmərəli istifadə, damazlıq təsərrüfatların fəaliyyətinin dəstəklənməsi, sərgi-satış yarmarkalarının daha səmərəli təşkili və sahənin digər aktual mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə səsləndirilən təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi və icrası üçün müvafiq struktur bölmə və şöbələrə tapşırıqlar verilib.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır