Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medal və vəsiqələr təqdim olunub
2024-08-28 00:00:00
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2024-cü il 24 iyun tarixli 171 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına medal və vəsiqələr təqdim edilib.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, kənd təsərrüfatının daha da inkişafı məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Nazir bu gün aqrar sahədə əldə edilən uğurlar və nəticələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini deyib.
Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə ölkə başçısı tərəfindən daim böyük qayğı göstərildiyi, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların dəyərləndirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, 24 iyun 2024-cü il tarixli Sərəncamla dövlət qulluqçularının təltif edilməsi onların əməyinə verilən yüksək dəyərdir.
Dövlət başçısının Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışan 9 nəfərin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif etdiyini xatırladan nazir Məcnun Məmmədov göstərdiyi yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Prezidentin imzaladığı sərəncamla təltif olunan Nazirlik əməkdaşları verdiyi dəyərə görə dövlət başçısına təşəkkür ediblər.
Sonra təltif olunmuş nazirlik əməkdaşlarına medal və vəsiqələr təqdim edilib.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır