Qansoran həşəratlara və gənələrə qarşı istifadə olunan preparatların(diazinon və oxşarları) tətbiqi qaydalarına dair tövsiyələr
2024-09-02 16:53:27
Üzvi fosfor birləşmələri sinir iflicedici xüsusiyyətə malikdir. Bu xüsusiyyəti sayəsində gəmiricilərə, həşərat və gənələrə ölümcül təsir edir və insektoakarisidlərin hazırlanmasında istifadə edilir.
İnsanlar və heyvanlar üçün 2-ci toksiki dərəcəli, arılar üçün 1-ci toksiki dərəcəlidir. Preparatlar arıların nektar yığım yerlərindən uzaqda tətbiq edilməlidir. Tərkibində bu birləşmələr olan preparat tətbiq edilmiş heyvanların məhsulları qida üçün 20 gündən sonra istifadə edilməlidir.
Sağılan, boğazlığın axırıncı dövründə olan, xəstə, arıq, dəri örtüyü zədəli heyvanlara bu preparatlar həkim nəzarəti altında tətbiq edilməlidir. Havanın temperaturu 25 dərəcədən yuxarı olduqda tətbiqinə ehtiyatla yanaşmaq lazımdır.
Kütləvi tətbiqdən əvvəl sınaq qrupuna həkim nəzarəti altında tətbiq edilməlidir. Təkrar tətbiqi 21 gündən tez olmamalıdır. Preparatlar mütləq təlimata əməl edilməklə işlədilməlidir. Bu maddə insan qidasına, yemə, suya düşdükdə həzm sistemi vasitəsi ilə, düzgün konsentrasiya ilə işlədilmədikdə isə dəri vasitəsi ilə orqanizmə sorularaq insanlarda və heyvanlarda ağır fəsadlar törədir, bəzən ölümə də səbəb olur.
Zəhərlənmənin ilkin əlamətləri:
- heyvanda narahatlıq,səbəbsiz qorxu, panika yaranır;
- heyvanın davranışı pozulur, əzələ titrəmələri baş verir;
- qusma, təngnəfəslik, ürək döyüntüsünün artması müşahidə edilir;
- qulaqlarda, başda səyirmə müşahidə edilir;
- ağız suyu axması çoxalır, qeyr-iradi sidikburaxma və defekasiya (peyinləmə, nəcisburaxma) yaranır;
- zəhərlənmə ağırlaşaraq qıcolmalara, nəfəsin və ürək fəaliyyətinin dayanmasına və ölümə səbəb ola bilər.
Həzm orqanları vasitəsiilə yüksək dozada zəhər qəbul edildikdə kliniki əlamətlər 7-12 dəqiqədən sonra büruzə verir, ölüm 30 dəqiqə sonra baş verə bilər. Orta doza ilə zəhərlənmədə kliniki əlamətlər 12-24 saat sonra, aşağı dozada 24-96 saat sonra büruzə verir. Bir heyvan eyni vaxtda iki dəfə çimizdirilərsə zəhərlənmə baş verə bilər, bu halda kliniki əlamətlər 24-96 saat sonra görünür. Zəhərlənmə əlamətləri baş verdikdə gecikmədən baytar həkiminə müraciət etmək lazımdır, qeyri-peşəkar müalicə heyvanın ölümünə səbəb ola bilər. Preparatlarla işlədikdə təhlükəsizlik qaydalarına əməl edilməlidir. Rezin əlcəkdən, respiratordan, su keçirməyən çəkmədən istifadə edilməlidir. İnsanlarda zəhərlənmə əlamətləri büruzə verən zaman (qarın nahiyəsində ağrı, görmənin zəifləməsi (işıq lampası solğun görünür), ətrafların titrəməsi, qıcolmalar) mütləq tibbi müəssisəyə müraciət edilməlidir, özünü müalicə ağır nəticələrə səbəb ola bilər.
Tərkibində üzvi fosfor birləşmələri olan preparatları heyvanlarınıza mütləq baytar həkimin nəzarəti altında tətbiq etməyiniz tövsiyə edilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır