Braziliya və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
2024-09-18 00:00:00
Braziliya səfəri çərçivəsində nazir Məcnun Məmmədov ikitərəfli görüşlər keçirib
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Braziliyanın Kuyaba şəhərində “Böyük iyirmilik” (G20) ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin Toplantısı çərçivəsində ikitərəfli görüşlər keçirib. Nazir Məcnun Məmmədov əvvəlcə Braziliyanın kənd təsərrüfatı və heyvandarlıq naziri Karlos Favaro ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Braziliya arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının yaradılması, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, heyvandarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat sahəsində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub.
İkitərəfli görüş zamanı Azərbaycan və Braziliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Braziliyanın kənd təsərrüfatı və heyvandarlıq naziri Karlos Favaro imzalayıb.
Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər kənd təsərrüfatı sahəsində elmi və texnoloji yeniliklərin mübadiləsi, aqrar sahədə təlim və seminarların təşkili, aqrar tədqiqat, kənd təsərrüfatı infrastrukturunun inkişafı, ticarət missiyalarının təşkili, özəl sektorun işgüzar tədbirlərə cəlb olunmasının təşviqi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, Braziliyaya səfər çərçivəsində Nazir Məcnun Məmmədov tədbirdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində birgə İşçi Qrupun yaradılmasının əhəmiyyətinə toxunulub, İşçi Qrupun fəaliyyətinin aqrar sahədə əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşlər zamanı kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını, bu formatda görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır