Masallı və Neftçalada növbəti toxum sərgi-satış yarmarkaları keçirilib
2024-09-24 00:00:00
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə toxum sərgi-satış yarmarkaları davam edir. Növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Masallı və Neftçala rayonlarında keçirilib.
Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır. Eyni zamanda, bu tədbirlər fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanları yaradır.
Kənd Təsərrüfatı Nazirliyinin qurumları, "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyi və bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin birgə tərəfdaşlığı ilə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında və Neftçala rayonu Hüseyn Cavid parkında keçirilən toxum sərgi-satış yarmarkasında bu sahə ilə məşğul olan özəl toxumçular, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak ediblər.
Toxum sərgi-satış yarmarkalarında payızlıq dənli bitkilərin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxumlar nümayiş olunub.
Masallı rayonunda Toxum sərgi-satış yarmarkası çərçivəsində “Respublika Toxumçularının II Forumu” keçirilib. Forumda Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, "Azərbaycan Toxumçular Assosiasiyası” eləcə də “Agro Dairy”, Azərsun” və “Region Agro” şirkətlərinin mütəxəssisləri çıxış ediblər.
Forum zamanı yüksək məhsuldar toxum sortlarının yaradılması və düzgün istifadəsi, toxumların sortluq və səpin keyfiyyətlərinin təyin edilməsi, toxumçuluqda yeni innovativ texnologiyaların tətbiqi, özəl toxumçuluğun inkişaf perspektivləri və toxum subsidiyalarının verilməsində dövlət dəstəyi barədə təqdimatlar edilib və mövzu ətrafında müzakirələr aparılıb. Forumda toxumçu fermerlərin rəyləri və təklifləri dinlənilib.
Qeyd edək ki, Neftçala rayonunda keçirilən Aqrar Biznes Festivalında “Şirvan-Salyan iqtisadi rayonunun aqrar potensialının inkişaf perspektivləri”nə dair panel müzakirə keçirilib. Panel zamanı rayonun əsas prioritet sahələrindən olan balıqçılıq, eləcə də toxumçuluq və kənd təsərrüfatının müxtəlif sahələri üzrə mövzulara toxunulub. Kənd Təsərürfatı Nazirliyinin tabeli qurumlarından Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Əkinçilik və Baytarlıq Elmi-Tədqiqat İnstitutlarının mütəxəssisləri çıxış ediblər və regionun kənd təsərrüfatının prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirlər çərçivəsində fermerlər üçün kredit yarmarkası da təşkil olunub. Kredit yarmarkasında fermerlərə müxtəlif sərfəli kredit məhsulları təklif olunub. Həmçinin, festivalda Aqrar Subsidiya Şurasının yeni qərarına əsasən 2025-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə subsidiyalarla bağlı məlumatlandırma işləri həyata keçirilib.
Festivallarda iştirakçılara COP29 təşəbbüsünün prioritetlərinə uyğun olaraq ekoloji məhsullar, kənd təsərrüfatı təyinatlı texnologiyalar, müxtəlif bitki toxumları, aqrar sahə ilə bağlı xidmətlər, o cümlədən aqrar sığorta məhsulları təqdim olunub. Festival zamanı aqrar sığorta, onun işləmə prinsipi, əhatə dairəsi və faydaları barədə fermerlərə məlumat verilib.
Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə cari ildə 8 rayonda toxum sərgi-satış yarmarkası keçirilib. Növbəti toxum sərgi-satış yarmarkalarının Balakən, Qax, Cəlilabad, Beyləqan və Şabran rayonlarında da keçirilməsi nəzərdə tutulur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır