Azərbaycan və Türkiyə kənd təsərrüfatı nazirləri arasında görüş keçirilib
2024-09-25 00:00:00
İki ölkə arasında heyvandarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi imzalanıb
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi aqrar sahədə də uğurla inkişaf edir. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə sıx və səmərəli əməkdaşlıq edir.
Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı isə öz növbəsində ölkəsinin iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahədə də Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu ifadə edib.
Görüşdə iki ölkə arasında aqrar sahədə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Görüş zamanı kənd təsərrüfatı sahəsində elmi tədqiqatlar, aqrar təhsil, heyvandarlıq, heyvan sağlamlığı sahələrində əməkdaşlığın genişləndirilməsi, baytarlıq sahəsində mütəxəssislərin yetişdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Görüş çərçivəsində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında heyvandarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Niyyət Bəyannaməsi imzalanıb. Sənədə əsasən tərəflər heyvan xəstəlikləri ilə bağlı mübarizə sahəsində təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, heyvanların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə bağlı tədqiqatların və nəzarət tədbirlərinin həyata keçirilməsi, heyvandarlıq sahəsinə sərmayələrin cəlb olunması, bu sahədə fəaliyyət göstərən iş adamları arasında əlaqələrin gücləndirilməsi və təşviq edilməsi barədə razılıq əldə ediblər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır