Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində növbəti tədbirlər keçirilir
2024-10-02 00:00:00
Oktyabrın 1-də Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günü başlayıb. İkinci günün açılışında çıxış edən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev təkcə bu il iqlim dəyişikliyinin su və kənd təsərrüfatına dağıdıcı təsirləri və onun gətirdiyi fəlakətlərlə bağlı çoxlu nümunələr olduğunu bildirib: “Əgər tədbir görməsək, həmin dağıdıcı təsirlər bütün dünyada normaya çevriləcək. İqlim dəyişikliyinin bəzi şiddətli quraqlıqların 100 dəfə daha tez yaranmasına səbəb olacağı təxmin edilir. Qlobal temperaturun 2 dərəcə artmasının daha 200 milyon insanı aclığa sürükləyəcəyi proqnozlaşdırılır. Su və kənd təsərrüfatı sistemləri ilə bağlı gərginliklər daha da çətinləşəcək. Odur ki, dəyişən iqlimə uyğunlaşmaq üçün davamlı qida və su sistemləri qurmalıyıq. Bu, daha çox maliyyə, tədqiqat və yeni sistemlərin tətbiqi deməkdir”.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov su sistemlərinin iqlim dəyişikliyi ilə mübarizədə çox vacib rol oynadığını, ona görə də Azərbaycanda hazırda irriqasiya sistemlərinin müasirləşdirildiyini, daha səmərəli su idarəetmə sistemləri yaradıldığını və yeni bərpaolunan enerji resurslarına sərmayələr yatırıldığını bildirib.
Nazir noyabrın 19-da COP29 çərçivəsində qida, su və kənd təsərrüfatı mövzularının konkret müzakirə olunacaq mövzular olacağını diqqətə çatdırıb.
“Azərbaycanda birbaşa olaraq kənd təsərrüfatı sektorunda adaptasiya tədbirlərini təşviq etmək üçün harmoniya təşəbbüsü artıq qurulub. Həmin təşəbbüs bir növ aqreqator rolunu oynayacaq. Belə ki, mövcud təşəbbüsləri, şəbəkə və koalisiyaları bir araya gətirərək onların gücünü istifadə edəcək. Məqsədimiz odur ki, təcrübə mübadiləsi aparaq, sinerji sahələrini müəyyənləşdirək, boşluqları tapaq və eyni zamanda, iqlimlə bağlı maliyyə resurslarına çıxış əldə edək, eyni zamanda, bu prosesdə qadın və gənclərin rolunu artıraq”, - deyə nazir bildirib.
Tədbir panel sessiyalar və dəyirmi masalarla davam edib.
Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirir. Dünya ictimaiyyəti cari ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlaşarkən, Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) iqlim təqvimində mühüm an kimi tarixə düşəcək.
BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsindən sonra keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi COP Sədrliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində həyata keçirilən işlərin daha geniş vüsət almasını təmin edəcək və COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə dəstək olacaqdır.
London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim həllərinin inkişaf etdirilməsi məsələsində beynəlxalq əməkdaşlıq və sinerjini daha da gücləndirəcək.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır