Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Xidmətlər Agentliyi gübrə, pestisid, toxum, ting təchizatçıları ilə görüş keçirəcək
2020-02-05 00:00:00
Fevralın 6-da Aqrar Kredit və İnkişaf Agentliyi və Aqrar Xidmətlər Agentliyi gübrə, pestisid, toxum, ting təchizatçıları ilə görüş keçirəcək. Görüşdə 200-dək təchizatçı iştirak edəcək. Görüşdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təchizatçılar üçün yaradılmış modul təqdim ediləcək.
“Məqsədimiz təchizatçıların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatını sürətləndirməkdir. Fermerlər subsidiyalarını aldığı müddətdə bütün təchizatçılar Subsidiya İnformasiya Sistemində qeydiyyatdan keçmiş və alışları kartla qəbu etməyə hazır olmalıdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına geniş və liberallaşmış təchizatçı bazarından seçim vermək, subsidiyalarından tamamilə rahat istifadə etməyə şərait yaratmaq bu gün qarşımızda duran əsas vəzifədir” – deyə AKİA sədri Mirzə Əliyev bildirib.
Təchizatçılarla görüş 6 fevral, 2020-ci il tarixdə, saat 11:00-də “Pullman otel”də keçiriləcək
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır