Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq toxum sərgi–satış yarmarkası keçirilib
2024-10-11 14:11:09
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA), Aqrar İnnovasiya Mərkəzi və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq Naxçıvan şəhərində toxum sərgi–satış yarmarkası keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, AXA, Aqrar İnnovasiya Mərkəzinin əməkdaşları, elmi-tədqiqat institutları, özəl toxumçuluq təsərrüfatlarının nümayəndələri və fermerlər iştirak edib.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova tədbiri giriş sözü ilə açaraq Muxtar Respublikada aqrar sahədə əldə olunmuş nailiyyətlər, toxumçuluğun mövcud vəziyyəti barədə ətraflı məlumat verib, sərgi-satış yarmarkasının fermerlər üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Nazir müavini eyni zamanda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda da toxumçuluğun inkişafının qarşıya qoyulan əsas hədəflərdən biri olduğunu və bu istiqamətdə işlərin davam etdiyini diqqətə çatdırıb. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Əhməd Vəliyev Azərbaycan Respublikası Prezidenti tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan danışıb.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev ölkədə toxumçuluq sahəsinin mövcud vəziyyəti və qarşıda duran hədəflər barədə məlumat verərək bildirib ki, toxumçuluq kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biridir. Bol və keyfiyyətli məhsulun əsası toxumçuluğun düzgün təşkil olunmasından asılıdır. Bu məqsədlə hər il ənənəvi olaraq respublikamızın müxtəlif regionlarında keçirilən toxum sərgi-satış yarmarkaları toxumçuluğun daha da inkişafına xidmət edir. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, bu sahədə yeni innovativ texnologiyaların tətbiqini təşviq etmək, fermerlər üçün torpaq-iqlim şəraitinə uyğun sertifikatlı toxumlara əlçatanlığının təmin olunmasıdır. Eyni zamanda, bu tədbirlər fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanları yaradır.
Sərdar Hacıyev Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq toxum sərgi-satış yarmarkasının keçirilməsinin bölgədə toxumçuluğun inkişafına, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Naziriliyi ilə AXA arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini bildirib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov respublikanın müxtəlif bölgələrində keçirilən toxum-sərgi satış yarmarkalarının əhəmiyyəti barədə ətraflı məlumat verərək, bu il toxum sərgi-satış yarmarkalarının 10 iqtisadi rayon üzrə 15 bölgədə keçiriləcəyini qeyd edib. Anar Cəfərov toxum sərgi-satış yarmarkalarının payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi və toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına köməklik etdiyini vurğulayıb. Qeyd edib ki, növbəti illərdə Muxtar Respublikanın digər bölgələrində də toxum sərgi-satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur.
Yarmarkada AXA tərəfindən göstərilən xidmətlər təqdim olunmuş, eləcə də özəl toxumçuluq təsərrüfatları tərəfindən istehsal olunan sertifikatlı toxumlar nümayiş olunub.
Toxum sərgi–satış yarmarkası çərçivəsində dəyirmi masa keçirilib. Keçirilən dəyirmi masada toxumçuluğun mövcud vəziyyəti və problemləri müzakirə olunub, təkliflər qeydə alınıb.
Fermerlərə AXA-nın əməkdaşları tərəfindən “Zərərli orqanizmlərlə qarşı inteqrir mübarizə üsulu və tətbiqi”, "Sertifikatlı toxumdan istifadənin əhəmiyyəti", "Müasir iqlim dəyişiklikləri şəraitində heyvan sağlamlığına təhdidlər" mövzularında təlimlər keçirilib. Həmçinin keçirilən dəyirmi masada toxumçuluğun mövcud vəziyyəti və gələcək qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.
Qeyd edək ki, yarmarkada ümumilikdə, 200-ə yaxın fermer iştirak edib. Yarmarka öz fəaliyyətini sabah Şərur rayonunda davam etdirəcək.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır