Qəhvəyi mərmər bağacığına (Halymorpha halys) qarşı mübarizə tədbirləri davam etdirilir
2024-10-11 15:32:21
Qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının təhlükəli zərərvericilərindən hesab edilir. Məhsudarlığa ciddi ziyan vura bilir. Polifaq bir zərərvericidir, onun qidalandığı təxminən 300-dən çox fərqli bitki vardır. Zərərverici inkişafı və yayılması üçün əlverişli şərait yarandıqda sürətlə çoxalaraq yayılır. Dişi fərdlər hər birində 25-30 ədəd olmaqla topa şəklində yarpağın alt səthinə yumurta qoyur. Bir dişi fərdi 300-ə qədər yumurta qoya bilir. Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Bunun nəticəsində də meyvələrdə müxtəlif zərərlər əmələ gəlir. Sitrus meyvələri, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qərzəkli bitkilərdə əsasəndə fındıqda meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır.
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən respublikanın müxtəlif bölgələrində karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə feremon tələlər quraşdırılıb, monitorinqlər və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Ölkə üzrə carı ilin mart ayının 1-dən (zərərvericinin yetkin fərdlərinin qışlama yerlərindən çıxışı) 7 oktyabradək monitorinq məqsədi ilə 52 rayonda 15208 ədəd feromon tələ quraşdırılıb. Respublikada zərərvericinin daha çox müşahidə olunduğu rayonlar Şimal-qərb bölgəsi üzrə Balakən, Zaqatala, Qax və Şəki, Qərb bölgəsi üzrə Ağstafa, Qazax və Göygöl olub.
Monitorinqlər nəticəsində zərərverici aşkarlanmış yerlərdə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda inkişafının qışlama fazasına keçidi ilə əlaqədar zərərvericinin yetkin fərdlərinin sayı nisbətən daha çox müşahidə edildiyini nəzərə alaraq mübarizə tədbirləri gücləndirilmişdir. Gücləndirilmiş mübarizə tədbirləri nəticəsində zərərverici məhv edilir. Ölkənin bütün bölgələrində monitorinqlər davam etdirilir və sirayətlənmə müşahidə edildikdə mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilir.
Bölgələrdə monitorinqlər və mübarizə tədbirləri davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır