Regional Əlaqələndirmə Mərkəzi Qəhvəyi mərmər bağacığı ilə bağlı tədbirlər həyata keçirir
2024-10-11 16:47:28
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər davam etdirilir.
Tədbirlər çərçivəsində “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümüyəndələrinin Balakən rayonunda görüşü keçirilib.
Görüşdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Balakən, Zaqatala, Qax və Şəki rayon icra hakimiyyətlərinin, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak edib. Görüş zamanı Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn məsələlər haqqında geniş məlumat verilib. Bildirilib ki, ölkə ərazisində aparılan fitosanitar nəzarət tədbirləri çərçivəsində şimal-qərb və qərb regionlarında kütləvi şəkildə Qəhvəyi mərmər bağacığı aşkarlanıb. Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən zərərverici Zaqatala, Balakən və digər rayonların bir sıra yaşayış məntəqələrində müşahidə edilməkdədir. Buna görə də Qəhvəyi mərmər bağacığının təhlükəliliyini nəzərə alaraq, sahibkarlar cari mövsümdə feromon tələ və pestisid ehtiyatlarına malik olmalı, zərərvericinin kütləvi artımı baş verdiyi təqdirdə, ona qarşı mübarizə tədbirlərini həyata keçirməlidirlər.
Eyni zamanda vurğulanıb ki, kütləvi sirayətlənmə yerlərində Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri daha da gücləndirilib. Mexaniki və kimyəvi mübarizə yolu ilə məhvetmə tədbirlərinin gücləndirilməsinə dair qərar verilib. Qonşu ölkələrdən respublikamıza yük daşıyan nəqliyyat vasitələri sərhəd-keçid məntəqələrində ayrılmış xüsusi sahələrdə dezinfeksiya olunur. Həmçinin sürücülər Qəhvəyi mərmər bağacığı və dezinfeksiya ilə bağlı əməl edilməli olan qaydalar barədə məlumatlandırılır. Eləcə də ölkəmizin şimal-qərb və qərb rayonlarında zərərvericinin qışlama yerlərinin aşkarlaması məqsədilə keçirilən monitorinqlərin sayı artırılıb. Bununla yanaşı, yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici buklet və bannerlər də yerli əhali arasında paylanır, müvafiq sahələrə yerləşdirilir. Eləcə də mediada məlumatlar yayımlanır, sosial şəbəkələrdə posterlər paylaşılır. Həmçinin Regional Əlaqələndirmə Mərkəzlərində “Qaynar xətt” fəaliyyət göstərir. Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumatlar əldə edə bilərlər:
+994 99 708 85 88 (Qərb rayonları üzrə)
+994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır