Heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir
2024-10-14 00:00:00
Aqrar Xidmətlər Agentliyi (AXA) dabaq xəstəliyinə qarşı iri və xırdabuynuzlu heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərini davam etdirir. Peyvəndləmə "Azərbaycan Respublikası üzrə 2024-ci il üçün “Epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq cari ilin 9 ayı ərzində 3.710.298 baş iribuynuzlu və 5.907.479 baş xırdabuynuzlu heyvanlarda peyvəndləmə tədbirləri həyata keçirilib. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, dabaq itigedişli yüksək kontagioz virus xəstəliyidir.
Qızdırma, ağız selik qişasında, dəridə, yelində, dırnaqarası nahiyələrdə aftaların əmələ gəlməsi, cavan heyvanlarda isə miokardın və skelet əzələlərinin zədələnməsi ilə müşayət edilir. Bütün cütdırnaqlı heyvanlar, dəvələr, nadir hallarda atlar və digər heyvanlar dabaq xəstəliyinə yoluxa bilər.
Dabaq xəstəliyi heyvandarlıqda çəki itkisinə, südün azalmasına, məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Virusun müxtəlif tipləri mövcuddur, ətraf mühitin təsirlərinə davamlıdır.
Virus xəstə heyvandan ətraf mühitə ağız suyu, süd, nəcis, sidik və sairə ilə xaric olur. Törədici xəstəlik mənbəyindən geyimlə, yemlə, nəqliyyat və digər vasitələrlə, hətta külək vasitəsi ilə yayılaraq böyük ərazilərə sirayət edir.
Yoluxma əsasən ağızın selik qişasından, yelinin və ətrafların zədələnmiş nahiyəsindən, həmçinin aerogen yolla baş verir. Ölüm 0,2-0,5%, buzovlarda 50%-ə qədər, südəmər çoşqalarda 60-80% arası olur.
Kliniki əlamətlər:
- inkubasiya dövrü 2-7 bəzən 14-21 gün davam edir;
- bədən temperaturu 40,5-41,5 dərəcəyə qalxır;
- simptomlar görünəndən 2-3 gün sonra ağız boşluğunda, dildə, burun qanadında, burun aynasında, qırnaq arası nahiyədə, dırnaq tacında və yelində aftalar yaranır. 1-3 gündən sonra partlayır;
- partlamış aftaların yerində eroziyalar yaranır;
- buzovlarda bir qayda olaraq aftalar yaranmır, xəstəlik qastroenterit formasında keçir və əksərən ölümlə nəticələnir;
- qoyun və keçilərdə eyni əlamətlər baş verir və yüngül formada keçir;
- donuzlarda ətraflar zədələnir, axsaqlıq, çox vaxt dırnağın düşməsi baş verir.
Müalicə və profilaktikası:
Bir çox xəstəliklərlə simptomları oxşardır. Bu səbəbdən xəstəliyin əlamətləri büruzə verdikdə təfriqi diaqnoz qoyulmalıdır. Həmçinin virusun tipini müəyyən etmək vacibdir.
- bunun üçün mütləq baytarlıq mütəxəssisi dəvət edilməlidir;
- dabaq xəstəliyinin xüsusi müalicəsi yoxdur;
- xəstəliyin baş verməsi təsdiqlənərsə təsərrüfata, ətraf ərazilərə, rayon ərazisinə təcrid və məhdudlaşdırıcı tədbirlər tətbiq edilir;
- xəstəlik baş verdikdə və ətraf ərazilərdə xəstəlik aşkar edildikdə mütəmadi dezinfeksiya işləri aparılmalıdır;
- xəstəlik baş vermiş ərazilərdən diri heyvan, yem, invertarlar alınmamalı, belə ərazilərdən gəlmiş nəqliyyat vasitəsinin girişinə icazə verilməməlidir;
- xəstəliyə risqlər olan ərazilərdə ətraf mühitdə virusların olması nəzərə alınaraq heyvanlar profilaktiki peyvəndləməyə cəlb edilməlidir;
- təsərrüfata yeni daxil olmuş heyvanlar mütləq karantində saxlanmalıdır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtında aparılmasının nəticəsi olaraq Respublika ərazində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır