Şabran rayonunda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib
2024-10-15 00:00:00
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Şabran rayonunda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib. Tədbirlərə əsasən Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan fermerlər qatılıblar.
Şabran Aqro Turizm Mərkəzinin ərazisində keçirilən festivalda kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyalar, müxtəlif növ bitki sortlarının sertifikatlı toxumları nümayiş olunub.
Fermerlər burada yerli və xarici seleksiyaya məxsus yeni rayonlaşmış müxtəlif bitki sortlarının sertifikatlı toxumları ilə tanış olub və əkinlər üçün öz sifarişlərini veriblər.
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları öz məsləhət və xidmətlərini fermerlərin nəzərinə çatdırıblar. Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstərilib.
Tədbiri giriş nitqi ilə açan Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov bildirib ki, kənd təsərrüfatının bütün sahələrində olduğu kimi toxumçuluğun da inkişafına mühüm diqqət yetirilir. Asif Hüseynov bu gün rayonda keçirilən toxum sərgi-satış yarmarkasının toxumçuluğun inkişafına xidmət etdiyini, həmçinin rayon və ətraf bölgələrdən olan fermerlərə keyfiyyətli toxum almaq üçün böyük imkanlar yaratdığını bildirib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, bu gün toxum istehsalında müasir innovasiyalardan istifadə olunur, müxtəlif iqlim şəraitinə uyğun toxumlar yetişdirilir. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə keçirilən bu yarmarkalarda fermerlərin sərbəst seçim etmək imkanı vardır. Anar Cəfərov çıxışında mövsüm ərzində 13 müxtəlif rayonda toxum sərgi-satış yarmarkalarının keçirildiyini və daha 2 rayonda yarmarkaların təşkilinin planlaşdırıldığını vurğulayıb.
Daha sonra Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə qurumun fəaliyyəti və hazırda həyata keçirilən layihələr barədə çıxış edib. Aqrar Kredit və İnkişaf Agentliyinin Dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov Aqrar Subsidiya Şurasının yeni qərarı barədə və Şabran Aqro Turizm Mərkəzinin rəhbəri Şöhrət Məmmədov günümüzdə innovativ texnologiyalardan istifadənin üstünlükləri barədə məlumat verib.
Daha sonra kompleksin bağçılıq təsərrüfatına və sərgi ərazisinə baxış keçirilib.
Festivalda toxumçuluq fəaliyyəti ilə məşğul olan istehsalçılarla yanaşı aqrar sahədə öz xidmət və məhsullarını təklif edən yerli və xarici şirkətlər də iştirak ediblər.
İxtisaslaşmış şirkətlər tərəfindən innovativ həllərə əsaslanan və resurslara qənaət edən mütərəqqi suvarma qurğuları, kənd təsərrüfatı texnikaları, torpaqbecərmə alətləri, rayonlaşmış yeni kənd təsərrüfatı bitki sortlarının toxumları, gübrə və pestisidlər nümayiş olunub.
Eyni zamanda festival çərçivəsində fermerlər üçün kredit yarmarkası təşkil olunub. Kredit yarmarkasında fermerlərə müxtəlif sərfəli kredit məhsulları təklif edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin mütəxəsəssisləri tərəfindən Aqrar Subsidiya Şurasının yeni qərarına əsasən subsidiyalarla bağlı məlumatlandırma sessiyaları təşkil olunub.
Festival çərçivəsində ölkədə aqrar sahə üzrə ixtisaslaşmış və yeni texnologiyaların tətbiq olunduğu innovativ təsərrüfatların mütəxəssislərinin iştirakı ilə dəyirmi masa keçirilib. İştirakçılar kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi ətrafında fikir və təcrübə mübadiləsi aparıblar.
Qeyd edək ki, 2024-cü il payızlıq əkinlər mövsümü ərəfəsində Şəki, Oğuz, Ağsu, Zərdab, Goranboy, Tərtər, Masallı, Neftçala, Balakən, Qax, Naxçıvan, Şərur və Şabran rayonlarında toxum sərgi-satış yarmarkaları keçirilib.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır