Azərbaycan və Gürcüstan Qəhvəyi Mərmər Bağacığına qarşı mübarizədə təcrübə mübadiləsi aparıb
2024-10-15 00:00:00
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) və Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Təhlükəsizliyi Agentliyinin rəhbər şəxsləri və mütəxəssisləri arasında Qəhvəyi Mərmər Bağacığına (Halyomorpha halys) qarşı aparılan mübarizə tədbirlərinə həsr olunmuş onlayn görüş keçirilib.
Zoom platforması üzərindən təşkil olunmuş görüşdə hər iki ölkənin mütəxəssisləri zərərvericiyə qarşı effektiv mübarizə tədbirləri barədə təcrübə mübadiləsi aparıblar. Qəhvəyi Mərmər Bağacığının Gürcüstan və Azərbaycanda yayılma arealları, istifadə olunan preparatlar, mübarizə metodları və monitorinq üsulları ətraflı müzakirə olunub.
Görüşdə, həmçinin birgə tədqiqatların aparılması, məlumat mübadiləsinin gücləndirilməsi və zərərvericiyə qarşı mübarizədə regional əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır