İsmayıllı və Goranboyda xüsusi təhlükəli xəstəliklər əleyhinə peyvəndləmə tədbirləri davam etdirilir
2020-02-22 00:00:00
Yanvar ayının əvvələrindən etibarən ölkə ərazisində heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə işlərinə start verilib.
İsmayıllı rayonunda saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrası həyata keçirilir. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda İsmayıllı Rayon Baytarlıq İdarəsi rayonda mövcud olan iribuynuzlu, təkdırnaqlı heyvanlar və donuzlar arasında qarayara, quşlar arasında nyukasl, donuzlar arasında taun, eləcə də sahibli itlər arasında quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirir. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri görülür.
2020-ci ilin epizootik tədbirləri başlayandan indiyə kimi İsmayıllı rayonunda 30680 baş iribuynuzlu, 1590 baş təkdırnaqlı heyvanda və 184 baş donuzda qarayaraya, 70078 baş quşda nyukasl (La-sota vaksini ilə), 197 baş donuzda taun və 2778 baş itdə quduzluq xəstəlikləri əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb. Profilaktik tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də iti yoluxucu xəstəliklər barədə sahibkarlara ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.
Qeyd edək ki, Agentliyin İsmayıllı Rayon Baytarlıq İdarəsi rayonunda mövcud olan 42 min baş iribuynuzlu, 157 min baş xırdabuynuzlu heyvan, 1600 baş təkdırnaqlı, 3200 baş it və 600 min baş quşlar arasında bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, itlərdə quduzluq və atlarda rinopnevmoniya xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin iribuynuzlu heyvanlarda vərəmə, atlarda isə manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.
Eyni zamanda, Goranboy rayonunda saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirləri və diaqnostik müayinələrin icrası davam etdirilir. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda Goranboy Rayon Baytarlıq İdarəsi 19 sahə baytarlıq məntəqəsi vasitəsi ilə rayonda mövcud olan iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, quşlara arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, xırdabuynuzlu heyvanlarda brusellyoz, eləcə də sahibli itlər arasında quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirir. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri görülür.
2020-ci ilin epizootik tədbirləri başlayandan indiyə kimi Goranboy rayonunda 32996 baş iribuynuzlu, 1356 baş təkdırnaqlı heyvanda qarayaraya, 6000 baş quşda nyukasl (La-sota vaksini ilə), 300 baş iribuynuzlu heyvanda dabaq, 348 baş xırdabuynuzlu heyvanda brusellyoz (Rev-1 vaksini ilə) və 4185 baş sahibli itdə quduzluq xəstəlikləri əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb.
Profilaktik tədbirlər çərçivəsində həm də baytar mütəxəssisləri vətəndaşlara maarifləndirici məlumatlar verir, bukletlər paylayır, heyvan sahiblərinə peyvəndləmə aparılan heyvanların ətindən peyvənd vasitələrinin təlimatına uyğun istifadə olunması ilə bağlı xəbərdarlıq edirlər. Həmçinin peyvənd vurulan heyvanda 10 gün müddətin hər hansı dehelmintizasiya təbirlərinin apalrımasının yol verilməz olduğu bildirilərək təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsi tövsiyə edilir.
Qeyd edək ki, Agentliyin Goranboy Rayon Baytarlıq İdarəsi rayonunda mövcud olan 51 min baş iribuynuzlu, 190 min baş xırdabuynuzlu heyvan, 1800 baş təkdırnaqlı, 17 min baş it və 600 min baş quşlar arasında bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, itlərdə quduzluq və atlarda rinopnevmoniya xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin iribuynuzlu heyvanlarda vərəmə, atlarda isə manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır