İnəklərdə ketoz xəstəliyi və ona qarşı profilaktiki tədbirlər
2024-10-29 00:00:00
Ketoz metabolik xəstəlik olub, yüksək məhsuldar südlük inəklərin laktasiyanın pik dövründə enerji verimi az və ya yüksək olan konsentrasiyalı (proteini yüksək olan) yemlərlə yemləndirilməsi və buna uyğun olaraq orqanizmin enerji çatışmazlığını kompensasiya etmək üçün yağları həddindən artıq istifadə etməsi nəticəsində yaranır. Sağmal inəklər doğuşdan sonrakı ilk iki həftə daha riskli olmaqla altı həftə ərzində ketoz riski altında olur. Sağmal inəklərin bu xəstəliyə laktasiyanın ilk 60 günündə tutulma faizinin 7-14% arasında olduğu müəyyən olunub. Təsərrüfatlarda qulluq və yemləmə şəraiti yaxşı olmadıqda 100%-ə çata bilər. Doğuşdan sonra enerji çatışmazlığı səbəbi ilə meydana gələn ketoz süd və südün tərkibində zülalın azalması, çəki itkisi, sonsuzluq kimi iqtisadi zərərlərə səbəb olur. Bu vəziyyət məhsuldarlığa böyük təsir edir və balalama intervalını artırır. Xəstəlik ölümlə nəticələnə bilər.
Sürü sağlamlığı baxımından sağmal inəklərdə subklinik (gizli) ketoz daha risklidir. Çünki subklinik ketoz doğuşdan sonrakı xəstəliklərin (yoluxma tezliyi) tezliyini artırır.
Xəstəliyi yaradan səbəblər:
Əsas səbəblərdən biri yem rasionunda karbohidratların və enerjinin çatışmamasıdır;
ketoz riski bədən kondisiyası balı 3,75 və daha çox olan inəklərdə daha yüksəkdir. Əsas risk yaradan amil isə məhsuldarlığından asılı olmayaraq tövlədəki bütün inəklərə eyni miqdarda yemin verilməsidir. Bu şəkildə bəslənmə, süd məhsuldarlığının son dərəcə aşağı olduğu dövrdə həddindən artıq yem qəbulu səbəbiylə inəklərin kökəlməsinə səbəb olur, doğuşdan sonra isə yemin az verilməsi ketoza gətirib çıxarır;
Ketozun yaranmasına mənfi enerji balansı ilə yanaşı heyvanların pis rifahı və hərəkətsizliyi, nefrit, uzun müddət aclıq, kobalt və manqan kimi mikroelementlərin çatışmaması, orqanizmin uzun müddət yağ mənimsəməsi, diabet və bəzi hormonal pozğunluqlar səbəb olur;
doğuşdan qabaq və doğuşdan sonrakı dövrlərdə qulluq və yemləmənin zəif olması səbəbindən açıq və gizli ketoz müşahidə edilir.
Əlamətləri:
- qanda keton cisimləri artır;
- süddə protein-yağ nisbəti azalır;
- işgənbədə, nəfəsdə, dəri və süddə aseton qoxusu hiss olunur;
- xəstəliyin irəliləmiş mərhələsində heyvanın həddən artıq əsəbi, narahat olması dişlərini qıcaması, ayağa qalxmaq istəməməsi, anormal yalamanın və anormal yerimənin yaranması müşahidə edilir;
Profilaktikası:
Ketoz düzgün bəslənmənin həyata keçirilməsi ilə qarşısı alına bilən bir xəstəlikdir:
- tövlədəki inəklərin süd məhsuldarlığı müəyyən aralıqlarla müəyyən edilməli və məhsuldarlıq səviyyəsinə uyğun olaraq heyvanlar qruplaşdırılmalı və hər bir qrupa fərqli yem verilməlidir. İnəklər boğazlığın son üç həftəsində yem yemək istəmədiklərindən, bu dövrdə mümkün qədər yeyə biləcəkləri keyfiyyətli yemlər verilməlidir;
- doğuşdan sonrakı ilk 20 gündə sağım gündə iki dəfədən çox aparılmamalıdır, çünki bu, inəyin enerji çatışmazlığını daha da artırır. İnəklərdə piy ehtiyatının artdığı laktasiyanın sonrakı mərhələlərində bədən kondisiyasına xüsusi diqqət yetirilməlidir;
- orqanizm üçün bədəndəki yağın südə çevrilməsinə kömək etmək məqsədiilə həzm olunan liflərdən enerji tələbatının ödənməsini artırmaq və nişastadan əldə edilən enerjini azaltmaq üçün laktasiyanın sonrakı mərhələlərində yem rasionunu dəyişdirilməlidir;
- süd qurutma dövründə, xüsusən də gec qurutma dövründə bədən kondisyası balının azaldılmasına diqqət yetirilməlidir. Bəzən bu doğumdan sonra piyin həddindən artıq toplanmasına səbəb olaraq əks təsir göstərə bilər;
- inəklər boğazlığın son 3 həftəsində az yem yeməyə meylli olurlar. Yemləmənin idarə edilməsi bu azalmanı minimuma endirməyi hədəfləməlidir. Heyvanın süd qurutuqdan sonrakı dövrü ərzində enerji tələbatını ödəmək üçün rasionlar tənzimlənməlidir. Doğuşdan sonra rasionlar inəyin orqanizminin yem və enerji mənimsəməsinə uyğun sürətdə artırılmalıdır;
- erkən laktasiya rasionlarında lifsiz karbohidratların miqdarı nisbətən yüksək olmalıdır. Lifli qaba yemlərin (neytral detergent sellüloza) miqdarı 28-30 %, lifsiz dənli-paxlalı (lifsiz karbohidrat) miqdarı isə 38-41 % arasında olmalıdır;
- Niasin, kalsium propionat, natrium propionat, propilen qlikol və işgənbə qoruyucu kolin daxil olmaqla bəzi yem əlavələri ketozun qarşısını almağa və idarə etməyə kömək edə bilər. Sözügedən yem əlavələrinin təsirli olması üçün bu əlavələr boğazlığın son 2-3 həftəsində və heyvanın ketoza həssaslıq dövründə verilməlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır