Quduzluq xəstəliyi və ona qarşı mübarizə tədbirləri
2024-11-22 00:00:00
Quduzluq xəstəliyi və ona qarşı mübarizə tədbirləri
Quduzluq xəstəliyi mərkəzi sinir sistemini zədələyən, heyvandan heyvana və heyvandan insana keçən virus xəstəliyidir. İnsanları ən çox sahibsiz itlər və pişiklər yoluxdurur. İnsanların yoluxması 99% itlərin dişləməsindən baş verir. Təbiətdə xəstəliyi əsasən canavar, çaqqal, tülkü,porsuq, ayı, dələ və s. heyvanlar yayır. Quduzluğun əlamətləri büruzə verdikdə ölüm 100% olur.
Yoluxma yolları:
Quduz heyvan insanları, həmçinin digər heyvanları dişlədikdə ağız suyundakı viruslar yaraya düşür. Quduz heyvanın ağız suyu insanların, həmçinin heyvanların gözünün, ağızının, burnunun daxilinə, həmçinin zədələnmiş dərisinə düşdükdə yoluxma baş verə bilər.
Eləcə də, quduz heyvanın cırmaq yarasından da yoluxma mümkündür.
Xəstəliyin əlamətləri:
İt və pişiklərdə coşğun forma
- heyvan hissiyatsızlaşır, küncdə, qaranlıq yerlərdə gizlənir. Get-gedə narahatlığı artır, tez-tez yerini dəyişir, evdən qaçır, yad cisimləri dişləyir;
- heyvanın səsi kallaşır və ya tamam itir, səsdən qorxur, tanış əşyalara hürür, havada nəyi isə tutmağa çalışır, bədənindəki dişlənmə nahiyəsində qaşınma baş verir, həmin nahiyəni yalayır, gəmirir;
- heyvan yemdən, sudan imtina edir, sahibinə reaksiya vermir və tabe olmur, insanlara, digər heyvanlara hücum edir;
- quyruq, çənə və dil sallanır, ağız suyu dayanmır, çəpgözlük yaranır, heyvan səndəlləyir, səssiz halda hürmədən hücum edib dişləyə bilər.
- heyvan 3-4 günə ölür.
İt və pişiklərdə sakit forma
- Quduzluğun ən qorxulu formasıdır. Belə ki, əsas xəstəlik əlamətləri (aqressivlik, fobiyalar və s.) zəif büruzə verir, xəstəlik gec aşkar edilir və vaxtında lazımi tədbirlər görülmür;
- Alt çənənin, dilin, arxa ətrafın iflici baş verir, it hürə bilmir;
- Qusma, qanlı-selikli duru ishal halları baş verə bilər.
- Heyvan tələf olur.
İribuynuzlu və xırdabuynuzlu heyvanlarda
Coşğun formada
- heyvan buynuzu ilə canlılara və ətrafa hücum edir;
- ağız suyu çoxalır, heyvan başını yuxarı tutub böyürür;
- sakit formada – iştahsızlıq yaranır və gövşəmə kəsilir;
- heyvan uzanmış vəziyyətdə başını arxaya atır;
- udqunma itir, iflic yaranır;
- bədənindəki dişlənmə yerinin gicişməsi halları baş verir.
- heyvan 2-8 günə ölür.
Profilaktika və mübarizə tədbirləri:
- İnsanlarda it dişləmə, sahibsiz pişiklər tərəfindən yaralanma halları baş verərsə, it və pişiklərdə xəstəlik əlamətləri müşahidə edilərsə, həmçinin təsərrüfat heyvanları vəhşi heyvanlar və sahibsiz itlərin hücumuna məruz qalarsa, ərazidəki səhiyyə və baytarlıq orqanlarına mütləq məlumat verilməlidir;
- bütün baytarlıq - sanitariya işləri baytarlıq və səhiyyə orqanlarının nəzarəti və iştirakı ilə aparılmalıdır;
- xəstə və ya xəstəliyə şübhəli heyvanlar qapalı şəraitdə digər heyvanlardan ayrı saxlanmalıdır;
- təsərrüfatlarda, həyətlərdə, evlərdə saxlanılan itlər quduzluq xəstəliyinə qarşı «Epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planı»na uyğun olaraq peyvənd edilməlidir. Heyvanlar Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”- ına uyğun olaraq saxlanılmalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır