Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
2024-12-03 00:00:00
Aqrar Xidmətlər Agentliyi və Naxçıvan MR-nın Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobuslarla Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir. Səyyar xidmət mikroavtobusları müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd fermerlərin rahatlığının təmin olunması üçün yerlərdə xidmət göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunmasıdır. Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan edirlər, eləcə də texniki baxışdan keçməyən texnikalar texniki baxışdan keçirilir, dövlət qeydiyyatına alınir, eləcə də etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri dəyişdirilir, yeni vəsiqələr təqdim olunub.
Tədbirdə fermerlər göstərilən xidmətlərin faydaları, o cümlədən torpağın aqrokimyəvi analizinin əhəmiyyəti, sertifikatli toxumdan istifadənin üstünlükləri, texnikaların dövlət qeydiyyatına və texniki baxışa təqdim etmə qaydaları, eləcə də dövlət rüsumları ilə bağlı maarifləndirilir. Tədbirlər davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır