Şəmkirdə epizootiya əleyhinə peyvəndləmə tədbirləri davam etdirilir
2020-02-13 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində epizootik tədbirlər davam etdirilir. Şəmkir rayonunda epizootik sabitliyi qorumaq məqsədi ilə 2020-ci il üçün təsdiq edilmiş epizootik plana uyğun olaraq rayon ərazisində saxlanılan iri və xirdabuynuzlu heyvanlar, itlər və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr aparılır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda Şəmkir Rayon Baytarlıq İdarəsi 16 sahə baytarlıq məntəqəsi vasitəsi ilə rayonda mövcud olan iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, quşlara arasında nyukasl, eləcə də sahibli itlər arasında quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirir. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri görülür. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevralın sonları, martın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.
2020-ci ilin epizootik tədbirləri başlayandan indiyə kimi Şəmkir rayonunda 25621 baş iribuynuzlu, 1186 baş təkdırnaqlı heyvanda qarayaraya, 36500 baş quşda nyukasl (La-sota vaksini ilə) və 3497 baş sahibli itdə quduzluq xəstəlikləri əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb. Eləcə də 8205 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb.
Profilaktik tədbirlər çərçivəsində həm də baytar mütəxəssisləri vətəndaşlara maarifləndirici məlumatlar verir, bukletlər paylayır, heyvan sahiblərinə peyvəndləmə aparılan heyvanların ətindən 14 gün ərzində istifadə olunmaması ilə bağlı xəbərdarlıq edirlər Həmçinin peyvənd vurulan heyvanda 10 gün müddətin hər hansı dehelmintizasiya təbirlərinin apalrımasının yol verilməz olduğu bildirilərək, təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsi tövsiyə edilir.
Qeyd edək ki, Agentliyin Şəmkir Rayon Baytarlıq İdarəsi rayonunda mövcud olan 51 min baş iribuynuzlu, 190 min baş xırdabuynuzlu heyvan, 1800 baş təkdırnaqlı, 17 min baş it və 600 min baş quşlar arasında bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, itlərdə quduzluq və atlarda rinopnevmoniya xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin iribuynuzlu heyvanlarda vərəmə, atlarda isə manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır