Aqrar məsləhət xidmətlərinin təkmilləşdirilməsinə dair yeni təlim modulları hazırlanıb
2024-12-10 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən fermerlərin bilik və bacarıqlarını artırmaq, aqrar sahədə məhsuldarlığı və rəqabət qabiliyyətini yüksəltmək məqsədilə yeni təlim modulları hazırlanıb. Hazırlanmış modullar fermer təsərrüfatlarının səmərəli təşkili, idarə edilməsi və smart sistemlərin tətbiqini əhatə edir.
Təlim proqramına tərəvəzçilik, meyvəçilik, dekorativ bitkilər, bitkiçilik, əkinçilik, aqrar məsləhət xidmətinin təşkili, müasir suvarma sistemləri, iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirləri, fermer təsərrüfatlarının səmərəli idarə edilməsi və kənd təsərrüfatı texnikalarından səmərəli istifadə daxil olmuşdur.
Bu modullar üzrə ilk təlim Aqrar Xidmətlər Agentliyində təlimçilərin hazırlanması üçün keçirilib. Təlimdə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təlimçi heyəti, habelə Əkinçilik, Üzümçülük və Meyvıçilik Elmi Tədqiqat İnstitutunun alimləri iştirak edib.
Təlim modullarının hazırlanmasında Dünya Bankı tərəfindən "Quality Business and Management Consultant" MMC şirkəti və Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti iştirak edib .
Gələcəkdə bu təlim modulları əsasında fermerlər üçün mütəmadi təlimlərin keçirilməsi planlaşdırılır. Bu təlimlər fermerlərin müasir biliklərə yiyələnməsinə, yeni texnologiyaları tətbiq etməsinə və təsərrüfatlarının səmərəliliyini artırmasına kömək edəcəkdir.
Xəbərlər
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır