İnəklərdə doğuşdan sonrakı parez
2024-12-11 00:00:00
İnəklərdə doğuşdan sonrakı parez əsasən sümük-əzələ və sinir sisteminin funksional pozulması nəticəsində meydana gəlir.
Xəstəliyin səbəbi:
Doğumdan sonrakı parezə nəyin səbəb olduğu tam məlum deyil, lakin mütəxəssislər kalsium (hipokalsemiya), şəkər və fosfor çatışmazlığını, balalıq yolunun infeksiya və iltihablarının balalıq yolu sinirlərini zədələməsini, doğuşdan sonrakı qan dövranı pozuntularını, doğuş zamanı balalıq yolunun əzələ və sinirlərinin zədələnməsini səbəblər sırasında qeyd edirlər.
Əlamətləri:
Xəstəlik doğuşa bir neçə saat qalmış, doğuşdan dərhal sonra, yaxud doğuşdan 1-2 ay sonra başlaya bilər və aşağıdakı əlamətlər müşahidə edilə bilər:
- halsızlıq, hərəkət koordinasiyasının itməsi, heyvanın ayağını tez-tez götürüb qoyması, titrəmə, qeyri iradi əzələ yığılması;
- tez-tez kəskin nəfəs alma, bədən temperaturunun 35 dərəcəyə düşməsi;
- gövşəmənin dayanması, yemdən imtina, işkənbə və bağırsaq peristaltikasının pozulması, intoksikasiya əlamətləri;
- ağrı hissinin itməsi, heyvanın uzanaraq başını arxaya atmış vəziyyətdə qalması, udlağın, dilin, ətrafların iflici;
- gözlərin qapanması, buynuz qişanın bulanması, bəbəklərin genişlənməsi, huşun itməsi, komatoz vəziyyət.
Müalicə və profilaktikası:
Parezin əlamətləri müşahidə edildikdə dərhal müalicəyə başlanmadıqda, inək 1-3 gün içində tələf ola bilər. Vaxtında müalicəyə başladıqdan 2-3 saat sonra heyvanın ayağa qalxması mümkündür. Parezin simptomlarının 20-36 saat sonra geri dönmə riski vardır, bu səbəbdən heyvan daimi müşahidə altında olmalıdır.
Kalsium çatışmazlığını bərpa etmək üçün venadaxili kalsium preparatlar; maddələr mübadiləsini gücləndirmək üçün dərialtı, venadaxili, yaxud əzələiçi fosfor tərkibli biostimulyatorlar, D2 vitamini; parez və spazmaları aradan qaldırmaq üçün kofein benzoat istifadə etmək tövsiyə edilir.
Məmələrdən katetrlə yelin içi olaraq hava, yaxud müəyyən temperatura çatdırılmış südün yeridilməsi praktikası da mövcuddur.
Həmçinin heyvana qızışdırıcı mazlarla masaj tətbiq emək və üzərini isti örtüklə örtmək lazımdır.
Göstərilən müalicə işləri baytar həkimin iştirakı və nəzarəti altında aparılmalıdır!
Dildə və udlaqda parez olması səbəbindən heyvana ağızdan heç bir maye və dərman preparatı vermək olmaz, bu mayelər nəfəs borusuna gedərək heyvanı boğa bilər.
Profilaktika üçün:
- Süd qurutma dönəmində və laktasiya qabağı dönəmdə heyvanı çox yemləmək olmaz, yem rasionunu balanslaşdırmaq, hər bir dönəm üçün ayrıca yem rasionu hazırlamaq lazımdır
- Doğumdan 5-8 gün qabaq əzələiçi olaraq D2 vitamini tətbiq etmək tövsiyə edilir
- Doğumdan 14 gün əvvəl rasiondan sulu-şirəli yemləri və konsentrantları çıxarmaq, doğumdan 10 gün sonra tədricən bərpa etmək lazımdır.
- Doğumdan bir həftə qabaq yemə gündəlik şəkər əlavə etmək tövsiyə edilir.
- Heyvanları stressdən uzaq tutmaq və lazımi saxlama şəraiti yaratmaq lazımdır.
Xəbərlər
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır