İnək və buzovlarda mikoplazmoz xəstəliyi və ona qarşı mübarizə tədbirləri
2024-12-18 00:00:00
Mycoplasma bovis (Mycoplasmopsis bovis) inək və buzovlarda müxtəlif xəstəliklərə səbəb olan geniş yayılmış bir bakteriyadır. Bu mikroorqanizm həm əsas infeksiya kimi ayrıca, həm də digər infeksiyalarla birləşərək bir sıra ağır xəstəliklərə səbəb olur:
1. Tənəffüs yollarının iltihabı (pnevmoniya)
Əlamətlər:
Öksürək, xırıltılı nəfəs, yüksək temperatur , tez-tez nəfəs alma, halsızlıq.
2. Süd vəzinin (yelinin) iltihabı (Mastit)
Əlamətlər:
Südün keyfiyyətinin pisləşməsi, südün qırmızı və ya sarı rəngdə olması, yelinin şişərək ağrılı və həssas olması, yüksək temperatur,südün azalması.
3. Oynaq iltihabı (Artrit)
Əlamətlər:
Axsama, oynaqlarda şiş, siviş və ağrı, hərəkət məhdudiyyəti.
4. Qulaq İltihabı (Otit)
Əlamətlər:
Qulaqların əyilməsi (qulağın bir tərəfə sallanması), qulaqlarda ağrı və həssaslıq, heyvanda narahatlıq.
5. Göz İltihabı (Keratokonjunktivit)
Əlamətlər:
Mycoplasma bovis əsasən buzovlarda gözlərdə qızarma və iltihab, gözyaşı axıntısı, heyvanın gözlərini qorumağa çalışması, vaxtında müalicə edilmədikdə bəbəyin ağarması.
6. Beyin İltihabı (Ensefalit)
Çox nadir hallarda Mycoplasma bovis buzovlarda beyin iltihabına (ensefalit) səbəb ola bilər. Bu vəziyyət heyvanlarda narahatlıq, koordinasiya problemləri və digər neyroloji əlamətlər yaradır.
Əlamətlər:
Davranış dəyişiklikləri, hərəkət koordinasiyasının pozulması, qanlı süd (bu da nadir hallarda görülə bilər)
7.Mycoplasma bovis həmçinin inəklərdə endometritə, vulvovaqinitə, balasalmaya, zəif balanın doğulmasına, buğalarda epididimitə və orxitə səbəb ola bilər.
Yoluxma və yayılma yolları:
Mycoplasma bovis ifrazatlarla (göz yaşı, burun axıntısı) yayıldığı üçün infeksiya çox sürətlə digər heyvanlara ötürülə bilər. Törədicilərlə çirklənmiş biberonlar, əmziklər, süd və ya oynaq sivişindən çıxan maye infeksiyanın yayılmasına səbəb olur.
Müalicə və Profilaktika:
Mycoplasma bovis infeksiyasının müalicəsi çətindir, çünki bu bakteriya hüceyrə divarı olmayan bir mikroorqanizmdir və bir çox ümumi antibiotiklər ona təsir etmir. Lakin, düzgün antibiotiklər və erkən müdaxilə ilə müalicə mümkündür. Florfenikol, Enrofloksasin, Tulatromisin, Gamithromisin kimi aktiv maddələri ehtiva edən yeni nəsil antibiotiklər istifadə edilə bilər. Vaxtında müdaxilə və uzun müddətli müalicə müsbət nəticələr verə bilər.
Güclü biogüvənlik tədbirləri, xüsusilə də təsərrüfat daxili karantin rejimi tətbiq edilə bilər. Əmziklər, biberonlar və qablar və heyvan saxlanan yerlər müntəzəm dezinfeksiya edilməlidir, süd pasterilizə edilməlidir, heyvanların stressdən qorunmalıdır (məsələn, yer dəyişdirmə və nəqliyyat zamanı stressi azaltmaq)
Müalicə və profilkatika tədbirləri mütləq baytar həkimin nəzarəti altında aparılmalıdır.
Xəbərlər
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır