Quşların pastorelyoz xəstəliyi, müalicəsi və profilaktikası
2024-12-25 00:00:00
Pastorelyoz ev və vəhşi quşlarda yayıla bilən, yüksək patogenli yoluxucu xəstəlikdir. Xəstəlik yüksək ölüm əmsalı ilə quşçuluq təsərrüfatlarına böyük iqtisadi zərər verə bilər. Xəstəliyin quşlar arasında sürətlə yayılması və müalicəsinin çətinliyi, quşçuluq təsərrüfatları üçün ciddi təhlükə mənbəyi ola bilər.
Pastorelyoz xəstəliyinin səbəbi və yayılma yolları:
Pastorelyoz xəstəliyi Pasteurella multocida adlı qram-mənfi bakteriyalar tərəfindən törədilir. Bu bakteriyalar yüksək dözümlük qabiliyyətinə malikdir hətta dondurulmuş ətdə uzun müddət yaşaya bilir. Pasterelyoz xəstəliyi ən çox toyuq, hind quşu və ördək balaları arasında yayılır, digər ev quşları və bir çox vəhşi quş növləri də xəstəliyə yoluxa bilər. Xəstəlik yoluxmuş quşlar, onların ifrazatları, təmasda olduqları quşlara qulluq alətləri, yem, su və torpaq vasitəsi ilə yayılır. İnsanlar, heyvanlar, parazit həşəratlar və gəmiricilər də xəstəliyin daşıyıcısı ola bilərlər.
Bakteriyalar quşun orqanizminə daxil olaraq 6 saat ərzində bütün orqan və toxumalara yayılır, xəstəliyin gedişini sürətləndirir.
Pastorelyoz xəstəliyinin əlamətləri və gedişi:
Pastorelyoz xəstəliyinin ən ölümcül formasıdır. Xəstəlik başlandığı andan etibarən quşlar ani şəkildə ölə bilər. Bu cür gedişli xəstəlik xüsusilə soyuq hava və yüksək rütubətli şəraitdə daha çox müşahidə olunur.
İti gedişin simptomları aşağıdakılardır:
- ümumi zəiflik;
- yuxululuq;
- iştahsızlıq;
- bədən temperaturunun artması (44°C-yə qədər);
- güclü susuzluq, əlamətləri;
- kəllə və başın mavi rəng alması;
- tüklərin pırpızlaşması;
- tez-tez və çətin nəfəs alma, nəmli xışıltılar;
- ağızdan qanlı köpüklü selik ifrazı;
- yaşıl,qanlı və mayeli nəcis ifrazı.
Xəstəlik 2-3 gün ərzində ölüm ilə nəticələnə bilər, ölüm əmsalı 90%-ə qədər olur.
Yarımiti və xroniki gediş:
Xəstəliyin az təhlükəli formasıdır, daha uzun müddət davam edir. Yarımiti gedişli formada simptomlar daha yüngüldür və xəstəlik bir neçə həftə davam edə bilər. Xroniki Pastorelyoz isə daha uzun müddət davam edərək quşda çox ciddi zəifləmə, əzələ iflici, qanadların sallanması və oynaqların şişməsi kimi əlamətlərə səbəb olur.
Pastorelyoz xəstəliyinin müalicəsi:
Xəstəliyin müalicəsi çətin və səmərəsizdir. Müalicə olunmuş quşların bəziləri daşıyıcı olduğuna görə xəstəliyin təkrarlanmaması və sürünün qorunması üçün xəstələnmiş quşlar dərhal sanitar qaydalara uyğun məhv edilməlidir.
Pastorelyozun profilaktikası:
Quş saxlanan yerlərin, inkubatorların, yem anbarlarının və avadanlıqların dezinfeksiyası vacibdir. Vaksinasiya, quşları pastorelyoz qarşı qorumağın ən təsirli üsullarından biridir. Vaksinlər, xəstəliyin yayılmasının qarşısını almağa kömək edir və infeksiyaya qarşı uzun müddətli immunitet yaradır.
Quşların baytarlıq sanitariya tələblərinə uyğun şəraitdə saxlanması, sağlam yem və təmiz su ilə təmin edilməsi xəstəliyin yayılma riskini azaldır.
Diaqnostikası:
Pasterelyoz xəstəliyinin diaqnozu kliniki əlamətlərə və laboratoriya müayinələrinə əsasən qoyulur. Xəstəliyin dəqiq diaqnozu xəstə quşlardan götürülmüş patoloji materialın laboratoriya müayinəsinin nəticəsi əsasında müəyyən olunur.
Xəbərlər
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır