Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
2020-03-06 00:00:00
Oğuz rayonu ərazisində heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə aparılır. Oğuz Rayon Baytarlıq İdarəsi rayonda mövcud olan iribuynuzlu, təkdırnaqlı heyvanlar və donuzlar arasında qarayara, eləcə də taun, quşlar arasında nyukasl, sahibli itlər arasında isə quduzluq xəstəlikləri əleyhinə qabaqlayıcı tədbirlər həyata keçirir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, Oğuz Rayon Baytarlıq İdarəsi 2020-ci ilin epizootik tədbirləri başlayandan indiyə kimi rayonda 21216 baş iribuynuzlu, 758 baş təkdırnaqlı (539 baş at, 219 baş ulaq) heyvanda və 57 baş donuzda qarayaraya, 3216 baş itdə və 4900 baş çöl heyvanında (oral vaksinasiya) quduzluq xəstəlikləri əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb. 5350 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb. Eləcə də rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Profilaktik tədbirlər çərçivəsində həm də baytar mütəxəssisləri vətəndaşlara maarifləndirici məlumatlar verir, bukletlər paylayır, heyvan sahiblərinə peyvəndləmə aparılan heyvanların ətindən 14 gün ərzində istifadə olunmaması ilə bağlı xəbərdarlıq edirlər. Həmçinin peyvənd vurulan heyvanda 10 gün müddətin hər hansı dehelmintizasiya təbirlərinin apalrımasının yol verilməz olduğu bildirilərək təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsi tövsiyə edilir.
Qeyd edək ki, Agentliyin Oğuz Rayon Baytarlıq İdarəsi rayonunda mövcud olan 21 min baş iribuynuzlu, 43 min baş xırdabuynuzlu heyvan, 700 baş təkdırnaqlı, 4 min baş it və 80 min baş quşlar arasında bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, itlərdə quduzluq və atlarda rinopnevmoniya xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin iribuynuzlu heyvanlarda vərəmə, atlarda isə manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır