Quşların xondrodistrofiyası (perozu)
2025-01-17 00:00:00
Peroz və ya xondrodistrofiya cavan quşlarda manqan (Mn) və ya bəzi vitaminlərin: xolin, nikotin turşusu, piridoksin, biotin, fol turşusunun kifayət qədər qəbul edilməməsi nəticəsində yaranır.
Epizoootologiyası:
Bütün növ quşlar xəstələnir. Ümumilikdə geniş yayılmışdır.
Patomorfologiya:
- ayağın borulu sümükləri qalınlaşaraq qısalır;
- oynaqlar deformasiyaya uğrayır;
- borulu sümüklərin böyüməsi ləngiyir;
- baldır (qamış) sümüyünün (distal) ucu və qamış sümüyün böyümə zonası (metafizin proksimal ucunun) əyiliri və ya burulur;
- baldırın oynaq nahiyəsi vətərlərinin sürüşməsi ilə xarakterizə olunur.
Kliniki əlamətlər:
- hərəkət pozğunluğunda özünü göstərir;
- pəncə lüləsi tez-tez öz oxu ətrafında fırlanır, barmaqlar yana və ya geriyə istiqamətlənir;
- xəstə quş çətinliklə hərəkət edir, böyümə və inkişaf ləngiyir, amma iştahı qalır;
- yetişkin yumurtalıq quşlarında peroz klinik olaraq özünü göstərmir, lakin inkubasiya yumurtasının keyfiyyəti pisləşir.
Diaqnostikası:
Kliniki əlamətlər və patolojianatomik dəyişikliklərə əsaslanaraq diaqnoz qoyulur. Yemin mikro və makroelementlər, vitaminlər üzrə analizi aparılır.
Avitaminoz B1, avitaminoz B2, avitaminoz D, stafilokokkoz, mikoplazmoz xəsətliklər ilə oxşar əlamətləri olduğundan təfriq etmək lazımdır.
Profilaktikası:
Quşların yem rasionuna suda həll olunan B qrupu vitaminləri, manqan, fol turşusu əlavə etmək məsləhət görülür.
Xəbərlər
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır