Toxumçuluq təsərrüfatlarının fəaliyyətinin qeydiyyata alınması ilə bağlı Attestasiya Komissiyasının növbəti iclası keçirilmişdir.
2025-01-21 00:00:00
Attestasiya Komissiyasının iclasında ümumilikdə 22 (iyirmi iki) hüquqi və fiziki şəxs tərəfindən daxil olmuş müraciətə baxılmışdır. Həmin təsərrüfatlara Aqrar Xidmətlər Agentliyinin müvafiq rayonlardakı mütəxəssisləri tərəfindən baxış keçirilərək maddi-texniki vəziyyətləri, “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatda olan torpaq sahələri barədə məlumat və təsərrüfatların fitosanitar karantin tələblərinə uyğunluğu araşdırılmışdır.
Təsərrüfatların toxum istehsalçısı kimi qeydiyyata alınması zamanı hər bir təsərrüfat üzrə yuxarıda qeyd olunan meyarlar nəzərə alınaraq yekun qərar verilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonundan daxil olmuş toxumçuluq təsərrüfatının müraciətinə baxılmışdır.
Xəbərlər
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır