Toyuq və Hinduşkaların ornithobacterioz xəstəliyi və ona qarşı mübarizə tədbirləri
2025-02-04 00:00:00
Etiologiya:
Ornithobacterium rhinotracheale bakteriyası adətən quşların (əsasən broyler və hinduşkaların) tənəffüs yollarını, o cümlədən infraorbital sinusları, traxeya, hava kisələrini və ağciyərləri zədələyir.
Xəstəliyin yayılma yolları:
ornitobakterium əsasən tənəffüs yolu ilə yayılır. Xəstə quşların burun və ağız axıntıları, asqırması nəticəsində bakteriya digər quşlara keçir. Ayrıca, xəstə quşların yumurtaları vasitəsilə infeksiya yayıla bilər. Embriyonlu yumurtaların idxal-ixracı xəstəliyin ölkələr arasında sürətlə yayılmasına səbəb olur.
Klinik Əlamətlər:
ornitobakteriozun klinik əlamətləri müxtəlif yaş qruplarında və növlərdə fərqli ola bilər:
Broylerlərdə (cavan quşlarda):
- yem istehlakının azalması;
- depressiya və halsızlıq;
- sinusit (bayquş başına bənzərlik);
- burun və göz axıntısı;
- tənəffüsdə çətinliklər;
- hava kisələrində qatığa və ya smetanabənzər ekssudat müşahidə olunur.
Xəstəlik bəzi hallarda gizli gedə bilər, sadəcə hava kisələrində iltihab yaranır. Ölüm nisbəti dəyişkəndir, digər xəstəliklərlə qarışıq getməsə ölüm aşağı səviyyədə olur.
Hinduşkalarda:
- ağciyərlərdə sərtləşmə,
- fibrinoz ekssudat,
- perikardit, enterit, peritonit və digər daxili orqanlarda şişkinliklər,
- tənəffüs orqanlarında ilk simptomlar yarandıqdan 14 gün sonra ayaqlarda vətərlər, əzələ bağları və oynaqlar iltihablaşır.
Pasterelyoz, infeksion bronxit, ornitoz, bordetella avium, infeksion larinqotraxeit, Nyukasl xəstəliyi ilə yanaşı getdikdə ölüm nisbəti yüksək olur.
Diaqnostika:
Ornitobakteriozun diaqnozu klinik əlamətlər, patoloji-anatomik dəyişikliklər və laborator analizlər əsasında qoyulur.
Profilaktika:
İnaktivləşdirilmiş vaksinlər broylerlərdə xəstəliyə qarşı müsbət təsir göstərir. Bəzi tədqiqatlara görə, damızlıq toyuqların ölü vaksinlə peyvənd edilməsi və bu toyuqlardan alınan cücələrin təxminən 3 həftəlik yaşda canlı vaksinlə peyvənd edilməsi ornitobakterioza qarşı ən effektiv qorunmanı təmin edir.
Quşların saxlandığı şərait sanitariya tələblərinə uyğun olmalıdır, broylerlər və digər quşlar üçün optimal mikroiqlim təmin edilməlidir, xüsusilə qış aylarında quşları yüksək rütubət və soyuq havadan qorumaq çox önəmlidir. Fermaya yalnız sağlam yeni quşlar gətirilməli və ayrıca saxlanmalıdır. Quşların sağlamlığı üçün yem və suyun keyfiyyətinə diqqət yetirilməlidir.
Müalicə:
Xəstəlik baş verən kimi dərhal xəstə quşlar təcrid edilməli, əgər uyğun bilinərsə antibakterial müalicə tətbiq olunmalıdır. Ornitobakteriozun müalicəsi üçün uyğun antibiotiklər seçilməlidir. Tetrasiklinlər, makrolidlər, florfenikollar və yarım sintetik penisillin qrupundan olan antibiotiklər bu xəstəliyə qarşı effektiv ola bilər. Lakin, bəzi hallarda antibakterial müalicənin nəticələri ziddiyyətlidir, çünki ornitobakterioz adətən ikincil infeksiya kimi inkişaf edir və bakteriyanın fərqli serotiplərinin dərmanlara qarşı həssaslığı sürətlə dəyişə bilər.
Ornitobakterioz ciddi bir quş xəstəliyi olaraq quşçuluq sənayesində məhsuldarlıq və iqtisadi itkilərə səbəb ola bilər. Xəstəliyin qarşısını almaq və müalicə etmək üçün erkən diaqnoz, düzgün müalicə və profilaktik tədbirlər həyata keçirilməlidir. Yüksək biotəhlükəsizlik tədbirləri, düzgün yemləmə və vaksinasiya ilə bu xəstəlikdən qorunmaq mümkündür.
Xəstəliyin əlamətləri müşahidə edildikdə baytar həkiminə müraciət olunması tövsiyə olunur
Xəbərlər
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır