Regional Əlaqələndirmə Mərkəzinin Qəhvəyi Mərmər Bağacığı ilə bağlı növbəti iclası keçirilib
2025-02-07 00:00:00
Qəhvəyi Mərmər Bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində “Qəhvəyi Mərmər Bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin Balakən rayonunda növbəti iclası keçirilib.
Görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Balakən, Zaqatala, Qax və Şəki rayon icra hakimiyyətlərinin, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər. Görüşdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov Agentlik tərəfindən bu sahədə həyata keçirilən tədbirlər, aparılan monitorinqlərin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Qeyd edib ki, ölkə ərazisində aparılan fitosanitar nəzarət tədbirləri çərçivəsində şimal-qərb və qərb regionlarında kütləvi şəkildə yayılan Qəhvəyi Mərmər Bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir. Ölkəmizin şimal-qərb və qərb rayonlarında zərərvericinin qışlama yerlərinin aşkarlaması məqsədilə keçirilən monitorinqlərin sayı artırılıb. Bununla yanaşı, yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Mövsümlə əlaqədar qış fəslində qışlamaya gedən Qəhvəyi Mərmər Bağacığı ilə müvafiq mübarizə tədbirləri ilə bağlı süni qışlama yerlərinin yaradılması ilə əlaqədar monitirinqlər və əhali arasında mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Qəhvəyi Mərmər Bağacığı haqqında maarifləndirici bukletlər, video roliklər və bannerlər hazırlanaraq mediada və sosial şəbəkələrdə yayımlanır.
Görüşdə əvvəlki illərlə aparılmış təhlillər əsasında mövcud vəziyyət, cari ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Birgə monitorinqlərin aparılması, sorğuların keçirilməsi, sərhəd xidmətinin nümayəndələrinin qərargaha daxil edilməsi, həmçinin mexaniki və kimyəvi mübarizə yolu ilə məhvetmə tədbirlərinin gücləndirilməsinə dair qərar verilib.
Bildiririk ki, Regional Əlaqələndirmə Mərkəzlərində “Qaynar xətt” fəaliyyət göstərir. Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, Qəhvəyi Mərmər Bağacığına qarşı mübarizə tədbirləri barədə məlumatlar əldə edə bilərlər:
+994 99 708 85 88 (Qərb rayonları üzrə)
+994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə)
Xəbərlər
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır