Zərərvericilərin diaqnozu və bioloji bitki mühafizəsi üçün mobil laboratoriyaların yaradılması mövzusunda təlim keçirilib
2025-02-11 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşkilatçılığı ilə “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində “Zərərvericilərin diaqnozu və bioloji bitki mühafizəsi üçün mobil laboratoriyaların yaradılması” mövzusunda təlim keçirilib. Təlimin məqsədi iştirakçılara pestisidlərdən isifadənin azaldılmasına və səyyar laboratoriyaların yaradılması, bioloji bitki mühafizə vasitələrinin işlənib hazırlanması və kənd təsərrüfatında zərərvericilərə qarşı dayanıqlı mübarizə təcrübələrinin təşviqi üçün zəruri olan bilik, praktiki bacarıqlar və innovativ texnologiyalar barədə məlumatlar verməkdir. Təlimdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Qazağıstan Respulikasının Bitki Mühafizəsi və Karantin Elmi Tədqiqat İnsitutunun direktoru Baxıtjan Dyusembekov, həmin institun Bitkilərin Vahid Mühafizəsi idarəsinin rəisi Bakhyt Kopjasarov, Bitki Karantin şöbəsinin müdiri Janna İssina, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan ofisinin nümayəndəsi Adıgözəlzadə Gülər, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnsitutunun, Aqrar Xidmətlər Agentliyinin əməkdaşları, yerli özəl sektor nümayəndələri, bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər.
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov təlim iştirakçılarını salamlayaraq bioloji mübarizənin üstünlükləri, bioloji agentlərin istehsalı sahəsində Qazağıstan Respublikasının təcrübəsindən istifadənin əhəmiyyəti, eləcə də təlimdə müzakirə olunan mövzuların aktuallığı haqqında məlumat verib. Təlimdə Qazaxıstan nümayəndələri tərəfindən zərərvericilərə qarşı dayanıqlı mübarizənin əhəmiyyəti, İnteqrir bitki mühafizənin əsas prinsipləri, Zərərvericilərin diaqnozu və identifikasiyası üzrə səyyar laboratoriyalar, Faydalı bioloji agentlərinin kütləvi istehsalı, İnvaziv növlər üçün bionəzarət strategiyasının inkişafı, Kənd təsərrüfatında dronlar və avtomatlaşdırılmış sistemlər, Zərərvericilərin idarə edilməsində süni intellekt və uzaqdan zondlamanın inteqrasiyası, Regional əməkdaşlıq üçün şəbəkələrin yaradılması və digər mövzular üzrə təqdimatlar keçirilərək, iştirakçılara ətraflı məlumat verilib və müzakirələr aparılıb.
Xəbərlər
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır