Quşların infeksion larinqotraxeiti
2025-02-12 00:00:00
Quşların infeksion larinqotraxeitinin törədicisi alfaherpevirus olub əsasən toyuqları yoluxdurur. Həmçinin qırqovullar, kəkliklər, tovuzquşular da yoluxurlar.
Xəstəliyin birulent formasında traxeya ciddi zədələnir və kliniki əlamətlər açıq büruzə verir. Yüngül formada xəstəliyin gedişi digər respirator xəstəliklərdəki kimi olur. Bu halda dəqiq diaqnoz laborator müayinə nəticəsində müəyyənləşir.
Yoluxma yolları:
Xəstəliyin qiriş qapısı yuxarı tənəffüs yollarıdır. İnfeksiya əsasən iti gedişli formada xəstələnən quşlardan daha sürətlə yayılır. Lakin kliniki simptomsuz infeksiya sürüdə uzun müddət qalmaqla təkrar yoluxmaya səbəb olur. Həmçinin sağalmış quşlar da xəstəlik daşıyıcıları sayılır.
Kliniki əlamətləri və gedişi:
İti forma xəstəlik qəflətən baş verir, sürətlə yayılır, xəstələnmə və ölüm 50% və daha çox olur. Fiziki cəhətdən sağlam görünən quşlar kliniki əlamətlər büruzə vermədən də tələf ola bilər. Çətin nəfəs alma, quşun traxeyadakı yığıntını çıxarmaq üçün ağzı açıq halda boynunu yuxarı dartaraq nəfəs almaq istəməsi zamanı xırıltılı-xışıltılı səs çıxarması və öskürək xəstəlik üçün xarakterik əlamətlərdir. Konyuktivit müşahidə edilə bilər. Döşəmədə və ya divarlarda öskürək zamanı xaric olan qan laxtası aşkar oluna bilər. Tələf olmuş quşda patoloji anatomiki dəyişikliklər ancaq yuxarı tənəffüs orqanlarında baş verir. Bütün traxeya boyunca qanlı selik, hemorrogiya (qansızma), selikli rinit aşkar edilir.
Yarımiti forma xəstəlik tədricən başlayır, kliniki əlamətlər quşun tələf olmasına bir neçə gün qalmış büruzə verir, yoluxma faizi çox olsa da, tələf olma 10-30% olur. Patoloji anatomiki dəyişikliklər iti formaya nisbətən az olur. Traxeyada qanlı və yaxud qansız selikli ekssudat aşkar edilir. Traxeyanın yuxarı hissəsinə və qırtlağa yapışmış sarı kazeoz (şorabənzər) difterik pərdə və yaxud tıxac həmçinin nekrotik qalınlaşma müşahidə edilə bilər.
Xroniki yaxud yüngül gedişli forma ilə iti və yarımiti formada xəstələnib sağalmış quşlar xəstələnir. Xəstəliyə yoluxma 1-2% olsa da yoluxmuş quşların müəyyən hissəsi boğulmadan tələf ola bilər. Əsas kliniki əlamətlərdə öskürək tutmaları, titrək tənəffüs, ağız və burundan axıntıları maşahidə olunur.
Müalicə və profilaktika:
Xəstəliyin xüsusi müalicəsi yoxdur. Müalicədə əsasən quşların ümumi vəziyyətinin yaxşılaşdırılması və simtomatik müalicə, həmçinin ikincili infeksiyaların qarşısının alınması üçün antibiotiklərdən, iltihabı azaldan, nəfəsalmanı yaxşılaşdıran preparatlardan istifadə edilməsi əzərdə tutulur. Xəstə quşlar təmiz hava və yaxşı saxlanma şəraiti ilə təmin olunmalıdır. İmmunostimulyatorlardan istifadə tövsiyə edilir. Xəstə quşlar sağaldıqdan sonra xəstəlik daşıyıcısı olduğundan, onları çıxdaş etmək daha düzgün hesab edilir.
Profilaktika məqsədilə peyvənləmə aparılması və quş damlarının, invertarların və istifadə edilən nəqliyyatın mütəmadi dezinfeksiyası tövsiyə edilir.
Quşların saxlanması zamanı temperatur rejiminə və quşların sıxlığına diqqət yetirilməsi böyük əhəmiyyət kəsb edir.
Mineral, vitamin və zülal tərkibi balanslaşdırılmış yem rasionu tətbiq edilməsi, yem əlavələrindən istifadə edilməsi quşlarda xəstəliklərə və stresslərə qarşı immuniteti artırır.
Xəbərlər
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır