İnteqrir Bitki Mühafizəsi mövzusunda təlim keçirilib
2025-02-19 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşkilatçılığı ilə “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində “İnteqrir Bitki Mühafizəsi (İBM)” mövzusunda təlim keçirilib. Təlim Türkiyədən və FAO-dan olan İBM və bioloji mübarizə sahəsində təcrübəli ekspertlər tərəfindən aparılıb. Təlimdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan ofisinin nümayəndələri, FAO-nun İnteqrir Bitki Mühafizəsi üzrə mütəxəssiləri Zsuzsanna Keresztes, Fikret Demirçi, İsmail Karaca, Cem Ərdoğan, Aqrar Xidmətlər Agentliyinin və Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin bitki mühafizəsi sahəsində çalışan mütəxəssisləri iştirak edib. Təlimin keçirilməsində əsas məqsədi iştirakçılara İBM-in prinsiplərini öyrətməklə pestisidlərdən istifadəni azaldılmasını, bioagentlərdən istifadənin öyrədilməsidir.
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov təlimin vacibliyini vurğulamaqla, İBM tətbiqinin davamlı kənd təsərrüfatının inkişafındakı rolunu danışılıb.Təlimçilər tərəfindən mütəxəssilərə İBM-in prinsipləri, bioloji, mexaniki və digər mübarizə tədbirlərindən istifadə etməklə pestisidlərdən aslılığın miniuma endirilməsi yolları, bioagentlərdən istifadə, İBM strategiyasının yerli torpaq-iqlim şəraitinə uyğunlaşdırılması və son nəticədə qida məhsullarında pestisid qalığının azaldılması haqqında məlumatlar verilib və müzakirələr aparılıb. Təlim fevral ayının 21 –dək davam edəcək. Sonda təlim iştirakçılarının Zirə qəsəbəsində yerləşən istixanalara səfəri nəzərdə tutulub.
Xəbərlər
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır