Regional Əlaqələndirmə Mərkəzinin Qəhvəyi Mərmər Bağacığı ilə bağlı növbəti iclası keçirilib
2025-02-28 00:30:00
Qəhvəyi Mərmər Bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində “Qəhvəyi Mərmər Bağacığının qışlama yerlərində monitorinqi və mübarizə tədbirlərinə” dair Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin Xaçmaz rayonunda növbəti iclası keçirilib.
Görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xaçmaz, Şabran, Siyəzən, Quba, Qusar rayon yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər. Görüşdə Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəis müavini Vüsal Hacıyev Agentlik tərəfindən bu sahədə həyata keçirilən tədbirlər, aparılan monitorinqlərin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Qeyd edib ki, ölkə ərazisində aparılan fitosanitar nəzarət tədbirləri çərçivəsində Qəhvəyi Mərmər Bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir. Zərərvericinin qışlama yerlərinin aşkarlaması məqsədilə keçirilən monitorinqlərin sayı artırılıb. Bununla yanaşı, yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Mövsümlə əlaqədar qış fəslində qışlamaya gedən Qəhvəyi Mərmər Bağacığı ilə müvafiq mübarizə tədbirləri ilə bağlı süni qışlama yerlərinin yaradılması ilə əlaqədar monitirinqlər və əhali arasında mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Qəhvəyi Mərmər Bağacığı haqqında maarifləndirici bukletlər, video roliklər və bannerlər hazırlanaraq mediada və sosial şəbəkələrdə yayımlanır.
Görüşdə qışlama yerlərində mütəmadi olaraq monitorinqlərin keçirilməsi, mexaniki yolla məhvetmə və feromon tələlərdən istifadə etməklə mübarizə tədbirlərinin aparılması, həmçinin cari ildə qarşıda duran vəzifələr müzakirə olunub.
Xəbərlər
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır