Xaşa qiymətli yem bitkisidir- Fermerlərə tövsiyə
2025-03-11 00:00:00
Xaşa – (Onobryuçhis Adans) cinsi 140-dan çox növü əhatə edir. Mədəni formada 3 növü məlumdur:
1. Zaqafqaziya xaşası;
2. Gülül yarpaqlı xaşa;
3. Qumluq xaşası.
Zaqafqaziya xaşası: Onobryuçhis antasiatica. Kolu qapalı (yığcam) dik vəziyyətlidir. Bəzi hallarda yarım dağnıq olur. Ot örtüyündə 50-120 sm lazımı qədər nəmliyi olan dəmyə və suvarma şəraitində 170 sm hündürlüyündə olur. Gövdələri budaqlanmayan, zərif, içərisi boş, üzəri sıxılmış zəif tükcüklərlə örtülüdür.
Gülül yarpaqlı xaşa yaxud səpin xaşası: Onobryuçhis viciafolia. Kolu dik vəziyyətli yarım dağınıqdır. Ot örtüyündə 50-70 sm hündürlüyündə olur. Gövdəsi nisbətən zəif budaqlanan orta dərəcədə zərif, içərisi yarım dolu, səthi çətin seçilən tükcüklərlə örtülüdür. Paxlaları orta irilikdə - 6-8 mm uzunluğunda, kənarı uzun tikanlıdır. Qışlıq növdür. Eyni zamanda quraqlığa davamlıdır.
Qumluq xaşası: Onobryuçhis arenaria. Kolu yarımdağnıq, dik dayanandır. Ot örtüyündə yaxşı becərmə şəraitində 100-110 sm hündürlüyündə olur. Gövdəsi budaqlanan qaba, içərisi dolu, üzəri sıxılmış vəziyyətli tükcüklərlə örtülür. Paxlaları – 4,5-5,5 mm uzunluğunda, kənarı qısa tikanlıdır.
Xaşa Respublikamızın dağ və dağətəyi rayonlarında dəmyə şəraitində habelə suvarma suyu ilə təmin olunmuş aran rayonlarında becərilən yüksək keyfiyyətli və məhsuldar çoxillik yem bitkisidir. Respulikanın Şamaxı, İsmayıllı, Qusar, Quba, Şabran rayonlarında, həmçinin Naxçıvanın aran rayonlarında xaşanın bir çalınından 40-45 sent quru ot məhsulu götürülür. Yüksək ot məhsulu verən xaşa bitkisi torpağın münbitliyini bərpa edir, onu bioloji azotla zənginləşdirir. Xaşa dənli bitkilər, kartof və başqa kənd təsərrüfatı bitkiləri üçün ən yaxşı sələf sayılır. Heyvandarlıq və arıçılığın inkişafında bu bitki daha effektlidir. Tərkibinə görə olduqca şirəli olan xaşa heyvanlardan yüksək məhsul əldə etmək üçün keyfiyyətli qida sayılır.
Xaşa torpağı su və külək erroziyasından mühafizə etmək üçün ən dəyərli bitki olub, qidalılıq dəyərinə görə yoncadan geri qalmır. Suvarılan dağətəyi rayonlarda xaşanın payız əkinlərindən yüksək ot məhsulu almaq üçün səpin zamanı verilmiş torpaq suyundan başqa bir dəfə mart ayının ortalarında və sonra aprel-may aylarında bir-iki dəfə su vermək lazımdır. Sonralar isə hər çalından sonra bir su vermək lazımdır. Xaşanın ot məhsulunu çiçəkləmə fazasının əvvəlində qısa müddətdə toplamaq lazımdır. Onu tam çiçəkləmə fazasında çalanda məhsuldarlıq artırsa da keyfiyyət xeyli aşağı düşür. Dağ və dağətəyi rayonlarda birinci il xaşanın hər hektarından 30-40 sentner, ikinci il isə çalından 50-60 sentner quru ot məhsulu alınır. Xaşa toxumunun yığılma vaxtının düzgün müəyyən edilməsi vacib məsələlərdəndir. Xaşanın toxumu tam yetişmə dövründə yığıldıqda itki çox olur. Odur ki, toxum 50-60 % yetişdikdə yığıma başlamaq lazımdır. Yığım mütləq səhər çağı aparılmalıdır. Toxum yığıldıqdan sonra qurudularaq təmizlənməlidir.
Səpin norması: Dağətəyi rayonlarda xaşanın yaz səpini martın 15-nə dək keçirilməlidir. Aran rayonlarında ən yaxşı səpin müddəti fevral ayının 25-dən martın 10-a qədərdir. Ot məhsulu yetişdirmək məqsədi ilə aparılan səpinlərdə hektara 70-80 kq toxum səpilir, örtük altında səpin zəruriyyəti meydana çıxdıqda bu norma artırılıb 100 kq-a çatdırılır.
Xəbərlər
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır