Qoyun və keçilərdə moniezioz xəstəliyi və ona qarşı mübarizə tədbirləri
2025-04-01 00:00:00
Gövşəyən heyvanların, əsasən quzuların helmintoz xəstəliyi olub, nazik bağırsaq şöbəsində parazitlik edən Moniezia Expanza və Moniezia Benedeni qurdları tərəfindən törədilir.
Yoluxma: bağırsaqlarda olan moneziaların son buğumları qoparaq nəcislə xarici mühitə ifraz olunur və partlayaraq otlaqları çoxlu miqdarda yumurtalarla çirkləndirir. Otlaqlara yayılmış bu moniezia yumurtaları aralıq sahibi olan zirehli otlaq gənələri olan Oribatidlər tərəfindən udulurlar.Udulmuş yumurtalar və onlardan çıxan rüşeymlər aralıq sahibi olan gənələrin orqanizmində 50-100, bəzən isə 180 gün müddətində inkişaf edərək heyvanları yoluxdurmaq qabiliyyətinə malik olan sistiserkoidlərə çevirilirlər.Belə sistiserkoidli gənələri otla udmuş heyvanlar xəstəliyə yoluxurlar. Həzm traktına daxil olmuş gənələr (otla birlikdə) mədə bağırsaq şirələrinin təsirində parçalanır, onlardan çıxan süfrələr bağırsağın divarına yapışaraq inkişaf edir və çox sürətlə 30-40 gün müddətində 8 sm-ə qədər uzanmaqla böyüyərək yetkin moniezia qurdlarına çevirilirlər.
Yayılma: moniezioz xəstəliyinə qoyunçuluq inkişaf etmiş bütün ölkələrdə təsadüf olunur.
Respublikamızın bütün təbii iqlim zonalarında Moniezioz xəstəliyi qoyunlar (əsasən körpə quzu və çəpişlər) arasında geniş yayılmışdır. Qoyunların monieziozla yoluxma dərəcəsi, otlaqlarda olan oribatid gənələrinin yayılmasından asılıdır. Bu gənələr ən çox yarımsəhra tipli otlaqlarda daha çox olur. Onlar çaykənarı,meşəətrafı otlaqlarda və nəmliyi yüksək olan otlaq sahələrində inkişaf edərək çoxalırlar. Xəstəlik ən çox körpə quzularda 2-4 aylığında qeyd olunur.
Əlamətləri: moniezioz xəstəliyi qoyunlarda , xüsusən quzularda baş verərsə onlarda ishal, köpmə baş verir, qarın nahiyyəsi sallanır və xəstə heyvanlar tez-tez su içirlər, monieziozlar bağırsaqda çox toplandıqda, orada tıxac əmələ gəlir. Heyvan titrəyir, çırpınır və süstləşir. Xəstənin arıqlaması, başını döş və qarın nahiyəsinə çevirib baxması halı müşahidə olunur. Qeyd etmək lazımdır ki, yaşlı qoyunlarda monieziozun əlamətləri görünmür, yalnız ümumi zəiflik,süstlük və arıqlama müşahidə edilir.
Diaqnoz: moniezioz xəstəliyinə kaproloji müayinənin nəticəsinə əsasən diaqnoz qoyulur. Bu məqsədlə götürülmüş kal nümunəsi Fülleborn üsulu ilə müayinə etmək lazımdır.
Müalicə: xəstəliyin müalicəsində müasir antihelment preparatlarından istifadə etmək lazımdır. Tərkibi fenbendazol olan (Albendazol, Fenbendazol, Panakur, Fenikur və s.) preparatlar tövsiyə olunur.
Profilaktika: moniezioz xəstəliyi ilə mübarizəni uğurla, səmərəli aparmaq üçün kompleks tədbirlər və profilaktiki dehelmintizasiyalar vaxtlı-vaxtında yerinə yetirilməlidir.
Bu məqsədlə, yoluxmanın qarşısını almaq üçün quzular otarılağa çıxandan 25-30 gün sonra ilk dəfə, ondan 15-20 gün sonra 2-ci dəfə, 2-ci dəfədən 25-30 gün sonra 3-cü dəfə profilaktiki məqsədlə dehelmintizasiya aparılmalıdır.
Respublikamızda quzuların dehelmintizasiyası noyabr-dekabr aylarında doğulan quzularda fevral, mart, aprel, yanvar ayının sonuda və fevral ayında doğulan quzularda mart, aprel və mayda, mart və aprel ayında doğulan quzularda isə may-iyun alarında aparılması tövsiyə edilir. Qeyd etmək lazımdır ki, payız və qış aylarında toğlu və yaşlı qoyunları 1 dəfə dehelmintizasiya etmək kifayət edir.
Aqrar Xidmətlər agentliyi bildirir ki, heyvanlarda moniezioz xəstəliyinə qarşı profilaktika və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır
Xəbərlər
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır