Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin təşkili sahəsində müasir metodların tətbiqinə dair seminar keçirilib
2025-04-09 15:18:31
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və Türkiyənin “Vetal Hayvan Sağlamlığı Ürünleri” şirkətinin birgə təşkilatçılığı ilə yerli və özəl baytar mütəxəssislər üçün “Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin təşkili sahəsində müasir metodların tətbiqinə dair” seminar təşkil olunub.
Seminarda Aqrar Xidmətlər Agentliyinin və “Vetal Hayvan Sağlamlığı Ürünleri” şirkətinin rəhbər heyəti və əməkdaşları, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndəsi, İstanbul Universitetinin sağlamlıq elmləri üzrə mikrobioloq alimləri, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları, eləcə də 64 rayonun Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin baytar həkimləri və özəl sektor nümayəndələri iştirak ediblər.
Seminarda çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev ölkə başçısı cənab İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq kənd təsərrüfatının digər istiqamətləri ilə yanaşı, baytarlıq sahəsində də əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu vurğulayıb. O bildirib ki, baytarlıq xidmətlərinin institusional və texnoloji baxımdan gücləndirilməsi, epizootik sabitliyin təmin olunması və zoonoz xəstəliklərlə mübarizədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm nəticələr əldə olunub. Hazırda baytarlıq sisteminin təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və baytar mütəxəssislərin peşə bacarıqlarının artırılması istiqamətində işlər davam etdirilir. Bu tədbirlərin əsas məqsədi Azərbaycanı regionda inkişaf etmiş baytarlıq sisteminə malik ölkələrdən birinə çevirməkdir.
Sərdar Hacıyev, həmçinin, müasir elmi və innovativ metodların tətbiqi ilə heyvan xəstəliklərinin vaxtında aşkarlanması, profilaktik tədbirlərin düzgün planlaşdırılması və baytarlıq xidmətlərinin çevik və səmərəli şəkildə təşkili baxımından beynəlxalq təcrübənin öyrənilməsinin və tətbiqinin vacibliyini qeyd edib. O, tədbirin baytar mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə “Vetal Hayvan Sağlamlığı Ürünleri” şirkətinin rəhbəri Abdullah Tutak çıxış edərək təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib, seminarın peşəkar inkişaf baxımından əhəmiyyətini vurğulayıb və əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.
İstanbul Universitetinin sağlamlıq elmləri üzrə mikrobioloq-professoru Mustafa Hasöksüz heyvan xəstəlikləri ilə mübarizə üsulları – müalicə, profilaktika və ləğv tədbirləri – barədə ətraflı təqdimatla çıxış edib, bu sahədəki elmi-praktiki təcrübələri iştirakçılarla bölüşüb.
Seminar çərçivəsində iştirakçılarla heyvan xəstəlikləri ilə mübarizə üsulları (müalicə, profilaktika, ləğv), vaksinlərin növləri və tətbiqi, vaksinasiya tədbirlərinin həyata keçirilmə qaydaları, heyvanların yemlənməsinin məhsuldarlığa təsiri, yem əlavələri və vitaminlərin tətbiqi, quşların saxlanma şəraiti və xəstəliklərin idarə olunmasına dair müasir yanaşmalar, ölkədə balıqçılıq sahəsinin inkişaf perspektivləri və bu sahədə xəstəliklərin idarə edilməsi, habelə Azərbaycanda heyvan xəstəliklərinin idarə olunması üzrə mövcud vəziyyət və risklərin qiymətləndirilməsi geniş fikir mübadiləsi aparılıb.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Xəbərlər
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır