Gənc baytar mütəxəssislər üçün keçirilən təlimlər davam etdirilir
2025-04-16 00:00:00
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov Göygöl rayonunda keçirilən təlimdə iştirak edən gənc baytar mütəxəssislərlə görüşüb. Görüşdə sədr müavini gənc baytar mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasına dair keçirilən təlimin həm nəzəri, həm də praktiki əhəmiyyət kəsb etdiyini, eləcə də kadr potensialının artırılması məqsədilə gənc kadrların bu sahəyə cəlb olunmasının vacibliyini qeyd edib. Bildirib ki, hazırda baytarlıq sisteminin təkmilləşdirilməsi, ölkədə epizootik sabitliyin təmin olunması, fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır. Bu tədbirlərin həyata keçirilməsində gənc baytar mütəxəssislərində qarşısında mühüm vəzifələr durur. Bu məqsədlə baytar mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bu sahədə innovativ texnologiyaların tətbiqi ilə bağlı təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur. Görüşdə gənc baytar mütəxəssislərlə müzakirələr aparılıb, onların təklifləri dinlənilib, maraqlandırılan suallar cavablandırılıb.
Qeyd edək ki, iştirakçılara süni mayalanmanın əsasları və praktiki tətbiqi, heyvanların klinik müayinəsinin aparılması texnikası, heyvanların saxlama və yemləmə qaydaları və digər mövzular üzrə təlimlər keçirilib. Eyni zamanda iştirakçılara Heyvandarlıq Elmi-Təqdiqat İnstitutunda süni mayalanma prosesinin simulyator və canlı heyvan üzərində izahı, klinik müayinələrin aparılması prosesi, heyvanlara vaksinlərin təqbibi və digər mövzular üzrə praktiki təlimlər keçirilib. Tədbirdə Respublikanın bütün bölgələrində fəaliyyət göstərən gənc baytar həkimləri iştirak edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Xəbərlər
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır