“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb
2025-04-19 11:23:28
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin dəstəyi, “AzerGold” QSC-nin təşəbbüsü ilə “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb.
Aprelin 17-də Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini Xəyyam Fərzəliyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüqar Məmmədov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Qocayev, eləcə də yerli icra nümayəndəlikləri, bələdiyyə və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə layihənin təqdimatı olub.
Bildirilib ki, layihə “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi Daşkəsən və Göygöl rayonlarında heyvandarlıq və bitkiçilik təsərrüfatlarında məhsuldarlığın artırılmasına töhfə vermək, aqrar sahədə fəaliyyətin ətraf mühitin mühafizəsi norma və tələblərinə uyğun şəkildə təşkilinə dəstək göstərmək məqsədilə icra edilir. Bu məqsədlə layihə çərçivəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda il ərzində ümumilikdə 24 dəfə fitosanitar monitorinq, 12 dəfə fumiqasiya tədbiri, 150 məntəqədə bitki mühafizə tədbiri, laborator müayinələr, torpaq və su nümunələrinin ekspertizası, aqrokimyəvi analizlərin aparılması nəzərdə tutulub. Həmçinin heyvandarlıq təsərrüfatlarında 6 dəfə baytarlıq yoxlamalarının aparılması, o cümlədən 280 iribuynuzlu, 285 xırdabuynuzlu, 123 arı ailəsinə ümumi kliniki baxışın keçirilməsi, qan nümunələrinin analizi, ümumi sahəsi 2026 m2 olan heyvandarlıq məntəqələrində 7 dəfə dezinfeksiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində, həmçinin heyvandarlıq və bitkiçilik sahələrində fəaliyyət göstərən kəndli-fermerlərə ümumilikdə 60-dan çox təlimin keçirilməsi, onların bitkiçilik sahəsində zərərli orqanizmlərlə mübarizə, fitosanitar monitorinq, fumiqasiya tədbirləri, xüsusi təhlükəli yoluxucu xəstəliklərlə mübarizə, eləcə də ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün torpaqların aqrokimyəvi analizlərinin aparılması üsul və qaydaları haqqında məlumatlandırılması, zəruri məsləhətlərin verilməsi planlaşdırılıb.
Bununla “AzerGold” QSC-nin istismar işləri həyata keçirdiyi mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrdə kəndli-fermerlərin öz təsərrüfatlarını daha da inkişaf etdirməsinə dəstək göstəriləcək, əhalinin məşğulluğu, sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına əlavə töhfələr veriləcək.
Xəbərlər
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır