Aqrar Xidmətlər Agentliyinin sədri ADAU tələbələri ilə görüşüb
2025-04-22 00:00:00
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və sədr müavini Elməddin Namazov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq fakültəsinin professor - müəllim və bir qrup tələbə heyəti ilə görüş keçirib.
Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov son illərdə Aqrar Universitet məzunlarının işlə təmin olmasında müsbət artım dinamikasının olduğunu diqqətə çatdırıb.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev baytarlıq sahəsində görülmüş işlər, ölkədə olan epizootik vəziyyət barədə məlumat verib, tələbələrin baytar həkim kimi fəaliyyət göstərmələri üçün təşviqedici söhbətlər aparıb, məsləhət və tövsiyələrini səsləndirib.
Sonda tələbə və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirdən sonra Vivarium, Anatomiya və Patoloji anatomiya muzeylərinə baxış keçirilib.
Xəbərlər
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır