Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Türkiyə Respublikasında səfərdə olub
2025-04-22 00:00:00
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birgə həyata keçirilən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının layihələri çərçivəsində Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin əməkdaşları Türkiyədə səfərdə olub. Səfər FAO-Azərbaycan və FAO-Türkiyə ofislərinin təşkilatçılığı və Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin dəstəyi ilə baş tutub.
Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin əməkdaşları səfər çərçivəsində Türkiyənin Toxumların Qeydiyyatı və Sertifikatlaşdırma Mərkəzi (TTSMM) və digər tabeli qurumlarda təşkil olunan təlimlərdə iştirak ediblər. Təlimlərdə yeni sortların qeydiyyat sistemi, sort-sınaqların aparılması qaydaları, sort xarakteristikasının hazırlanması, toxum reyestrinin formalaşdırılması, toxumların OECD və İSTA standartlarına uyğun sertifikatlaşdırılması, qablaşdırma və etiketləmə prosesi, laboratoriya şəraitində toxum analizlərinin aparılması kimi mövzular əhatə olunub.
Səfər zamanı nümayəndə heyəti Toxum Sənayeçiləri və İstehsalçıları Birliyi (TSÜAB) ilə də görüşərək toxumçuluq sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Xəbərlər
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır