Peyvəndləmənin inəklərdə ağız südünün keyfiyətinə və buzovların sağlamlığına təsiri
2025-05-06 00:00:00
Lazımi miqdarda keyfiyyətli ağız südü almaq buzovun böyüməsi dövründə və sonrakı yaşamında böyük əhəmiyyətə malikdir. Ağız südünün (və yaxud kolostrogenez) yaranması inəyin orqanizmində doğuma təxminən 5 həftə qalmış başlayır. Peyvəndləmələr inək orqanizminə daha çox immuncisim yaratmağa imkan verir ki, bu immuncisimlər ağız südünə ötürülür.
Ağız südünün keyfiyyəti tərkibindəki immunoqlobulinlərin (LgG) səviyyəsindən asılıdır. 1 ml-də 50 mq-dan çox LgG varsa və yaxud Briks şkalası ilə 22 balla qiymətləndirilirsə bu yüksək keyfiyyətli ağız südü sayılır. Həmçinin ağız südünün tərkibində qanın formalı elementləri olmamalı və bakteriyaların səviyyəsini göstərən standart trombositlərin miqdarı 1ml-də 50000 koloniya yaradan vahiddən çox olmamalıdır. Ağız südünün yaranması prosesində immunoqlobulinlər (əsasən LgG) ananın qanından süd vəzinə keçməyə başlayır.
İnəyin yüksək keyfiyyətli ağız südü yaratması heyvanın cinsindən, yaşından, ilin fəslindən, peyvənd tarixindən və heyvanın yoluxub sağaldığı xəstəliklərdən, həmçinin yaranan südün miqdarından asılı ola bilər.
LgG nə qədər çox olarsa ağız südü daha keyfiyyətli olar. Deməli immunoqlobulini çox olan inək oqranizmi kolostrogenez zamanı daha keyfiyyətli ağız südü yaradacaq.
İnək orqanizmi patogenlərlə rastlaşdıqa onda immuncisimlər (onlar immunoqlobulinlərdir) yaranır. Həmçinin peyvəndlər də immuncisimlərin miqdarını artırır. Peyvəndlər bu mənada iki rol oynayır: müəyyən xəstəliyə qarşı immuncisimlərin səviyyəsini yüksəldir və inəyin müqavimətini artırır, o cümlədən çoxlu miqdarda yaranan immuncisimlər ağız südünə keçir.
İmmuncisimlər orqanizmdə bir müddət yüksək səviyyədə qalsa da, eyni xəstəliyə qarşı peyvəndlə təkrar peyvəndləmə aparılmasa sonradan antitelin səviyyəsi azalır. Hər bir peyvəndin yaratdığı immunitet müddəti vardır. Bu səbəbdən təkrar peyvəndləmə orqanizmi yenidən səfərbər edərək immuncisimlərin yaranmasına təkan verir.
Peyvəndləmənin müddətini düzgün seçmək kolostrogenezin (ağız südünün) keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Çünki inək orqanizmi peyvəndləmədən dərhal sonra immuncisimləri yaratmağa başlamır. Heyvanın immun sistemi peyvənddə olan antigeni tanımalı, daha sonra B-hüceyrələri çoxalmağa başlamalı və immuncisimləri yaratmağa başlamalıdır. Bu proses bir həftə sürür, immuncisimlərin yüksək səviyyəsinə isə 2-3 həftədən sonra nail olmaq mümükündür. Qeyd olunduğu kimi İmmuncisimlərin qan dövranı sistemindən ağız südünə keçməsi doğuma 5 həftə qalmış başlayır. Bunu nəzərə alaraq lazımi peyvəndləməni doğuma 8-16 həftə qalmış aparmaq lazımdır.
Buzovların sağlamlığı ağız südündən düzgün istifadə edilməsinin göstəricisi sayıla bilər. Əgər buzovlar xəstələnmirlərsə, demək yüksək keyfiyyətli ağız südü buzovların patogenlərlə mübarizə aparmasına və immunitetin möhkəmlənməsinə kömək etmişdir. Həmçinin buzovların peyininə diqqət etmək lazımdır. Buzovlar ilkin dövrlərdə yalnız zülallarla zəngin maye qəbul etdiklərindən onların peyini yumşaq olur, lakin bunu sulu nəcislə qarışdırmaq olmaz. Sulu nəcis xəstəliyin göstəricisi ola bilər.
Beynəlxalq təcrübədə inəkləri doğuma 8-9 həftə qalmış rotavirusa, coronavirusa, clostridium perfringensin C tipinə, e.colinin K99 tipinə qarşı peyvənd etmək tövsiyə edilir. Bu yeni doğulmuş buzovlarda passiv immunitet yaradaraq onları bu xəstəliklərdən qorumağa kömək edir. Peyvəndləmələr mütləq baytar həkimlərinin nəzarəti altında aparılmalıdır.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır