Nazir Məcnun Məmmədov Ağstafa, Tovuz və Şəmkirdə təsərrüfatlara baş çəkib
2025-05-08 09:03:01
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağstafa, Tovuz və Şəmkir rayonlarında təsərrüfatlara baş çəkib, şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub.
Səfər çərçivəsində nazir əvvəlcə Ağstafa rayonunda “ABAK AGRO” şirkətinin qulançar (asparagus) əkini sahəsinə baxış keçirib, ölkəmizdə alternativ və yüksək bazar dəyərinə malik, yeni sahələrdən olan qulançar bitkisinin becərilməsi üzrə aparılan işlərlə maraqlanıb. Şirkətin rəhbəri sahədə istifadə edilən aqrotexniki üsullar, istifadə olunan əkin materialları, məhsuldarlıq, xəstəliklərə qarşı mübarizə tədbirləri və bazara çıxış imkanları barədə məlumat verib. Qeyd olunub ki, qulançar bitkisi az su sərfiyyatı ilə yüksək gəlir gətirən, xüsusilə ixracyönümlü məhsul kimi tanınır. Bu baxımdan, qulançar bitkisinin əkin sahəsinin genişləndirilməsi nəzərdə tutulur.
Görüşdə şirkətin gələcək planları, qulançar sahələrinin artırılması, fermerlərə dəstək mexanizmlərinin genişləndirilməsi və elmi əsaslarla əkin texnologiyalarının yayılması ilə bağlı tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb. Eyni zamanda, fermerlərə əməkdaşlıq çərçivəsində rayonda ənginar və yerfındığı (araxis) əkinlərinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra nazir Məcnun Məmmədov Tovuz rayonunda yerləşən “Naiqin Ko. Tovuz-Baltiya” MMC və Şəmkir rayonunda fəaliyyət göstərən “Şərq Ulduzu” MMC-nin istehsalat sahələrinə baxış keçirib. Səfər iştirakçılarına müəssisələrin fəaliyyət istiqamətləri, xammal təchizatı, istehsal gücü və məhsul ixracı barədə ətraflı məlumat verilib, yüksək keyfiyyət standartlarına uyğun məhsulların istehsal edildiyi diqqətə çatdırılıb. Görüş zamanı şərab istehsalında mövcud vəziyyət, bu sahənin inkişaf etdirilməsi, istehsalat prosesində tətbiq edilən yeniliklər, ixrac potensialının artırılması üçün həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır