Təhlükəsiz qida üçün heyvan sağlamlığının qorunması – elmlə təcrübənin vəhdəti mövzusunda tədbir keçirilib
2025-06-05 00:00:00
Azərbaycan Dövlət Aqrar Universitetində Kənd Təsərrüfatı Nazirliyi ilə FAO-nun birgə əməkdaşlığı çərçivəsində “Təhlükəsiz Qida üçün Heyvan Sağlamlığının Qorunması – Elm və Təcrübənin vəhdəti” mövzusunda tədbir həyata keçirilib.
Tədbirdə Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə, müəllim heyəti, Beynəlxalq tərəfdaşlar və Türkiyə Respublikasının Uludağ Universitetinin virusologiya üzrə alimləri, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları, eləcə də baytar həkimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetin rektoru Zəfər Qurbanov universitetdə bu sahədə görülmüş işlər barədə məlumat verərək, qeyd olunan mövzunun aktuallığını bildirdi və tədbir iştirakçılarına uğurlar dilədi. Seminarda çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev ölkə başçısı cənab İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğısının nəticəsi olaraq kənd təsərrüfatının digər istiqamətləri ilə yanaşı, baytarlıq sahəsində də əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu vurğulayıb. Bildirib ki, hazırda baytarlıq sisteminin təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və baytar mütəxəssislərin peşə bacarıqlarının artırılması istiqamətində işlər davam etdirilir. Bugünkü tədbir heyvan sağlamlığının qorunması və təhlükəsiz qida təminatı sahəsində elmin və təcrübənin vəhdətini daha da möhkəmləndirmək məqsədi daşıyır və bu baxımdan böyük əhəmiyyət kəsb edir. Aqrar xidmətlərin daha əlçatan və keyfiyyətli şəkildə fermerlərə təqdim olunması istiqamətində davamlı islahatlar həyata keçirilir. “Epizootiya əleyhinə tədbirlər planı” çərçivəsində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müayinələr 970-dən çox özəl baytar həkimi tərəfindən xidmət müqavilələri əsasında həyata keçirilir deyə qeyd edib.
Tədbirdə vurğulanıb ki, balıqçılıq sahəsinin Kənd Təsərrüfatı Nazirliyinin strukturuna verilməsi ölkə rəhbərliyinin aqrar sektora olan xüsusi diqqətinin və etimadının bariz nümunəsidir. Bu addım, balıqçılığın davamlı inkişafı və aqrar sahənin vahid idarəetmə çərçivəsində effektiv inkişafı üçün yeni imkanlar yaradır.
Gənc mütəxəssislərin hazırlanması, onların bilik və bacarıqlarının artırılması, təhsil və sahə təcrübəsinin vəhdəti ilə peşəkar kadrların formalaşdırılması tədbirdə əsas müzakirə mövzularından biri olub. Bu istiqamətdə Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlığın daha da dərinləşdirilməsi vacib hesab edilir.
Tədbirdə FAO-nun Milli Eksperti Elşad Rzayev “Regionda yoluxucu heyvan xəstəlikləri- Təhlükələr və həll yolları”, Türkiyə, Uludağ universitetinin Virusologiya kafedrasının müdiri Kadir Yeşilbağ “Virus xəstəlikləri - Biotəhlükəsizlik, Diaqnostika və peyvəndləmə”, Azərbaycan Dövlət Aqrar universitetinin Baytarlıq fakültəsinin dekanı Şəlalə Zeynalova “Virus xəstəliklərin qarşısının alınması strategiyaları” mövzuları üzrə təqdimatla çıxış edərək ətraflı məlumatlar verilib və müzakirələr aparılıb.
Çıxış edənlər qlobal çağırışlara cavab vermək üçün elm, təhsil və beynəlxalq təcrübənin vəhdətinin vacibliyini vurğulayıblar. Tədbirin sonunda bildirilib ki, bu kimi müzakirələr baytarlıq xidmətlərinin təkmilləşdirilməsinə, təhlükəsiz qida təminatına və regional əməkdaşlığın güclənməsinə ciddi töhfə verəcək. Elmi əsaslı siyasətlər, koordinasiyalı yanaşmalar və effektiv nəzarət mexanizmləri isə ölkənin ictimai sağlamlığı və ərzaq təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır