Aqrar Xidmətlər Agentliyi tərəfindən Fiziki və hüquqi şəxslərə məxsus anbarlarda fumiqasiya tədbirləri davam etdirilir.
2020-04-09 00:00:00
Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən respublikanın bir sıra rayon və şəhərlərində istehsal və saxlanma yerlərində sahibkarların müraciəti əsasında fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir..
Belə ki, 2020-ci il mart - aprel aylarında Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən 20162.08 ton-dənli, dənli- paxlalı bitkilərin məhsulları, yemlər, 28974.5 m3 meşə materialı, 800 m3 istehsal və saxlanma yerləri zərərsizləşdirilib.
Qeyd edək ki, zərərsizləşdirmə (fumiqasiya) tədbirləri həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl edilir, fərdi mühafizə vasitələrindən (əleyhqaz, xüsusi geyim forması – kombinezon, xüsusi ayaqqabı, əlcəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilir, eləcə də fermerlərə və sahibkarlara zərərsizləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması qaydaları izah edilir. Bildirilir ki, zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.. Yüksək toksiki maddələr olduğuna görə qeyri dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir
Zərərvericilərlə sirayətlənmiş istehsal və saxlanma yerlərindəki məhsulun çəkisi azalır, keyfiyyəti aşağı düşür, toxumların cücərmə faizi azalır, məhsul müxtəlif mikroflora ilə çirklənir. Zədələnmiş məhsulda kif göbələkləri məskunlaşır, bu tip göbələklər zərərli konserogen maddələr ifraz edir. Belə məhsulları nə qida, nə yem nə də toxum kimi istifadə etmək olmaz.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır