Balakəndə dabağa qarşı profilaktik peyvəndləmə tədbirlərinə başlanılıb
2020-04-18 00:00:00
Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı qarşıya qoyduğu tələblər, həmçinin həyati əhəmiyyət kəsb edən sahələrdə fəaliyyətlərin davam etdirilməsi qaydaları gözlənilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər davam etdirilir. Belə ki, respublika ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işləri plana uyğun şəkildə həyata keçirilir. Hazırda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, 2020-ci ilin yanvar ayının ilk günlərindən başlayaraq Balakən rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. Hazırda ölkədə olduğu kimi, Balakən rayonunda da "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir.
Yanvar ayından bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 38060 baş iribuynuzlu, 1300 baş təkdırnaqlı heyvanda qarayara, 28101 baş xırdabuynuzlu heyvanda dabaq, 4300 baş sahibli itdə və 4900 baş vəhşi heyvanlar arasında oral yolla quduzluq, 100 min baş körpə cücələrdə (“La-sota” ştammı ilə), 1350 baş xırdabuynuzlu və 2100 baş bruselyoz xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Aprel ayının ilk günlərindən isə Balakən Rayon Baytarlıq İdarəsi tərəfindən 11 sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı idarəyə daxil olmuş 20800 doza miqdarında dabaq vaksininin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, tədbir aparan mütəxəssislər xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə tədbirləri yerinə yetirirlər. Tədbir aparılan ərazi kimyəvi maddələrlə dezinfeksiya olunur. Tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Tədbirlər heyvan saxlanan tövlələrdə və ya çardaqlarda (talvarlarda) aparılır. Tədbir aparan mütəxəssislər insanların yaşadığı əraziyə daxil olmurlar. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda dabaq xəstəliyinə qarşı peyvənd edirlər. Həmçinin, peyvəndləmədən sonra dezinfeksiya işləri aparılır. Görülən işlərlə yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri aparırlar.
Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfatlarında saxlanılan heyvanlarda hər hansı narahatçılıq müşahidə edərlərsə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət etsinlər. Həmçinin, fermerlərə təsərrüfatlarında dabağın baş verməməsi üçün baytarlıq-sanitariya qaydalarına ciddi riayət etmək tövsiyə edilir.
Hazırda xüsusi təhlükəli xəstəliklərə, o cümlədən dabaq xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır