Quba və Yardımlı rayonlarında epizootik tədbirlər davam etdirilir
2020-05-22 00:00:00
Ölkəmizdə epizootik durum sabitdir. Buna baxmayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən mal-qara arasında yayıla biləcək xüsusi təhlükəli xəstəliklərə qarşı müalicə-profilaktika tədbirləri davam etdirilir. Quba və Yardımlı rayonlarında da bu tədbirlər uğurla icra olunur. Epizootik tədbirlərin aparılması və “Soyuq zəncir” rejiminə riayət olunması üçün rayon(şəhər) baytarlıq idarələri lazımı vaksinlərlə, müalicə dərmanları, dezinfeksiya, dezinseksiya maddələri, müxtəlif növ baytarlıq avadanlıq və ləvazimatları, xüsusi geyim vasitələri və sairə ilə təmin olunublar.
Əsasən kənd təsərrüfatı rayonu olan Quba rayonunda heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Bunun üçün mal-qaranın cins tərkibi süni mayalanma və xarici ölkələrdən gətirilən damazlıq heyvanların hesabına yaxşılaşdırılır. Mal-qaranın xəstəliklərdən qorunması daim diqqət mərkəzindədir. Hazırda da heyvandarlıq təsərrüfatlarında qarayara, çiçək, dabaq və digər xəstəliklərə qarşı peyvəndləmələr aparılır. İri və xırdabuynuzlu heyvanlardan isə brusellyoza görə qan nümunələri götürülür və müayinə məqsədi ilə müvafiq laboratoriyalara göndərilir.
Qabaqlayıcı tədbirlər həm iri fermer, həm də fərdi təsərrüfatlarda aparılır. 2020-ci ilin tədbirlər planına əsasən ilin əvvəlindən indiyə kimi 19 sahə baytarlıq məntəqəsinin həkim və texnikləri tərəfindən rayonun 7 qəsəbə və 151 kəndində 41259 baş iribuynuzlu, 163255 baş xırdabuynuzlu, 2828 baş təkdırnaqlı heyvanlarda qarayara, 45295 baş iribuynuzlu heyvanlarda dabaq, 5249 baş sahibli itdə və 1994 baş vəhşi heyvanlarda (oral yolla) quduzluq, 13706 baş iribuynuzlu heyvanlarda leptospiroz, 1899 baş iribuynuzlu heyvanlarda bruselyoz və 113282 baş 3 ayığa qədər körpə cücə (“La-sota” ştammı ilə) və 193626 baş ev quşunda nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib. Eləcə də 429 baş iribuynuzlu heyvandan, 918 baş ana qoyundan və 18 baş keçidən brusellyozun müayinəsi məqsədi ilə qan nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib.
Hal-hazırda rayon ərazisində xırdabuynuzlu heyvanlarda qarayara və çiçək, iribuynuzlu heyvanlarda isə nodulyar dermatit xəstəliklərinə qarşı peyvəndləmələr davam etdirilir.
Peyvəndləmə ilə yanaşı, idarə tərəfindən təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri, dezinfeksiya işləri həyata keçirilir. Cari ilin müvafiq dövrü ərzində Quba rayonunda baytarlıq mütəxəssisləri tərəfindən yoluxucu xəstəliklərə qarşı 21 obyektin 1705 kvadratmetr ərazisi dezinfeksiya edilib.
Bununla yanaşı təsərrüfat sahibləri ilə maariflənmə işi aparılıb. Onlara vaksinasiyanın vaxtında aparılmasının, eləcə də mal-qaranın baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmasının vacibliyi izah olunub.
Hazırda Qubada 57 min baş iribuynuzlu, 210 min baş xırdabuynuzlu heyvan, 600 min baş quş, 6 min it və 3800 baş at saxlanılır. Görülən tədbirlər nəticəsində rayonda epizootik durum sabitdir.
Yardımlı rayonunda da mal-qara ilboyu baytar həkimlərinin nəzarəti altında saxlanılır. Hazırda heyvanlar arasında yayıla biləcək xüsusi təhlükəli xəstəliklərin qarşısını almaq məqsədi ilə həm iri fermer, həm də fərdi təsərrüfatlarda vaksinasiya tədbirləri davam etdirilir.
Yardımlı rayonunda 68080 baş iribuynuzlu və 88058 baş xırdabuynuzlu mal-qara, 2022 təkdırnaqlı, 127800 baş quş, 6267 ədəd arı ailəsi və 3066 baş it mövcuddur. Bu heyvanların sağlamlığının qorunması məqsədi ilə rayonun baytar həkimləri təsərrüfatlarda olur, mal-qara arasında yayıla biləcək xəstəliklərə qarşı profilaktik tədbirlər aparırlar.
Yardımlıda 12 sahə baytarlıq məntəqəsi 1 şəhər və 87 kəndə xidmət göstərir. Hazırda iribuynuzlu və xırdabuynuzlu heyvanlarda dabaq, xırdabuynuzlu heyvanlarda qarayara, iribuynuzlu heyvanlarda nodulyar dermatit, quşlarda isə “H” və “La-sota” vaksinləri ilə nyukasl kimi iti yoluxucu xəstəliklərə qarşı vaksinasiya işləri davam etdirilir.
Yardımlıda vaksinasiya işlərinə yanvar ayından başlanılıb. Baytarlıq idarəsi epizootik tədbirlər planına uyğun olaraq bu günə kimi 28009 baş iribuynuzlu, 80568 baş xırdabuynuzlu, 1872 baş təkdırnaqlı heyvanlarda qarayara, 26709 baş iribuynuzlu heyvanda dabaq, 1014 baş iribuynuzlu heyvanda leptespiroz, 2761 baş itdə quduzluq, 10778 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 161368 baş körpə cücədə (“La-sota” ştammı ilə) və 86908 baş ev quşunda nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
Peyvəndləmə ilə yanaşı, idarə tərəfindən təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri, dezinfeksiya, parazitlərə qarşı işləmə və heyvanlarda bruselyoza görə qan alma işləri həyata keçirilib. Cari ilin müvafiq dövrü ərzində Yardımlı rayonunda baytarlıq mütəxəssisləri tərəfindən yoluxucu xəstəliklərə qarşı 6040 kvadratmetr ərazi dezinfeksiya edilərək 11038 baş iribuynuzlu və 1615 baş xırdabuynuzluda müxtəlif növ parazitlərə qarşı işləmə yerinə yetirilib. Eləcə də 372 baş iribuynuzlu və 918 baş xırdabuynuzludan brusellyozun müayinəsi məqsədi ilə qan alınaraq müvafiq laboratoriyaya göndərilib. Bununla yanaşı 150 baş iribuynuzlu, 200 baş xırdabuynuzlu heyvanın və 180 baş quşun kal nümunələri kaproloji müayinələrdən keçirilib.
Rayonda epizootik tədbirlərin aparılması “Soyuq zəncir” rejiminə düzgün riayət olunması üçün baytarlıq idarəsi lazımı ləvazımat və avadanlıqlarla təmin edilib.
Aparılan tədbirlərin nəticəsidir ki, rayonda epizootik sabitlik qorunub saxlanılıb, yəni rayonda istehsal olunan ət və süd məhsulları baytarlıq-sanitariya baxımından keyfiyyətli və insan qidası üçün yararlıdır. Çünki heyvanlar arasında hər hansı iti yoluxucu xəstəlik aşkar edilməyib.
Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xüsusi təhlükəli xəstəliklərlə bağlı maarifləndirmə işləri həyata keçirirlər.
Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin və fermerlərin nəzərinə onu da çatdırır ki, təsərrüfatlarında bəslənilən heyvanlarda hər hansı xəstəliyin əlamətləri müşahidə edildiyi halda, dərhal rayon(şəhər) baytarlıq idarələrinə və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 çağrı mərkəzinə məlumat verilsin.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır