Yonca bitkisi- fermerlərə tövsiyə
2020-06-11 00:00:00
Əkin yoncası - Medicago sativa L. Yonca paxlalılar fəsiləsinə mənsub olan çoxillik yem bitkisidir. Güclü kök sisteminə malik olmaqla yanaşı soyuğa və istiyə davamlıdır. Əsas kökləri yoğun, əlavə kökləri nazikdir. Gövdəsi dairəvi, 4 qatlı, içi boş olub, budaqlanandır, hündürlüyü 0,7-1,3 metrə çatır. Kolu dik duran sortun növündən asılı olaraq bəzi halda yerə yatandır. Kök boğazı torpağın üst səthində 6-8 sm dərinlikdə yerləşir. Yarpağı üçər olur, forması ellipsvari, yumurtavari, ensiz lanset şəkilindədir. Çiçəklər salxımlıdır, əsas və yan gövdələrin üstündə yerləşir, hər salxımda 14-26 çiçək olur, həşaratla çarpaz tozlanan bitkidir. Paxlası 1-4 dəfə spiral kimi burulur. Toxumları qonur, açıq qəhvəyi rəngdə, yumru dairəvi formadadır. Yoncanın toxumları 80 -120 S temperaturda cücərtilər verməyə başlayır.
Əhəmiyyəti: Yonca kənd təsərrüfatında geniş yayılmaqla çox məhsuldar yem bitkisidir. Qabaqcıl təsərrüfatların təcrübəsi göstərir ki, il ərzində yoncadan 4-5 çalım aparmaqla hektardan 1000-1500 sentnerədək yaşıl kütlə və ya 200-300 sentner quru ot məhsulu götürmək olar. Yüksək məhsuldarlıq ilə yanaşı yoncadan həm biçənək kimi istifadə etmək olur, həm də ondan yüksək keyfiyyətli quru ot, senaj, ot unu, briket və digər növdə yemlər hazırlanır. Yoncanın 1 kq quru maddəsində 0,6-0,92 enerji yem vahidi 105-180 qr həzm olunan protein, 10-20 qr kalsium, 3-8 qr fosfor, kifayət qədər mikroelementlər (mis, sink, manqan, kobalt, yod selen), 40-250 mq karotin olur. Yoncanın zülal tərkibi süddə zülalın miqdarını və süd məhsuldarlığını artırır. Xam selülloza isə həzmi və gövşəmə fəaliyyətini yaxşılaşdırır. Yonca heyvanlar üçün təkcə yem yox, həmdə müalicəvi əhəmiyyətlidir Yonca bitkisinin kənd təsərrüfat əhəmiyyəti olduqca böyükdür. Bu bitki heyvandarlığın inkişaf etdirilməsi, məhsuldarlığın artırılması və yem bazasının möhkəmləndirilməsində mühüm rol oynayır. Yonca bitkisinin müsbət təsərrüfat əhəmiyyətindən biri onun otlaq əhəmiyyətidir. Heyvanlar yoncanı çox iştahla yeyirlər. Bu bitkinin kökləri üzərindəki kök yumrusu bakteriyaları havanın sərbəst azotundan istifadə etdiyinə görə torpağı azotla zənginləşdirir, onun strukturunu yaxşılaşdırır, münbitliyini artırır, torpaqda baş verən eroziya və şoranlaşmanın qarşısını alır, bəzi aqrobioloji proseslərin gedişini nizama salır. Yonca bitkisi altından çıxmış sahələrdə başqa kənd təsərrüfatı bitkiləri becərdikdə məhsuldarlıq 60-70% yüksəlir.
Növbəli əkində yeri. Paxlalılar fəsiləsinə aid olan bütün bitkilər kimi yonca bitkisini də ilkin əkildiyi sahəyə 3-4 ildən tez qaytarmaq olmaz. Yoncanı əvvəlki sahəyə vaxtından qabaq qaytardıqda ziyanverici və xəstəliklərin sahədə çoxalması, təzə əkilmiş yonca əkinlərinin torpaq vasitəsilə bu parazitlərə yoluxması nəticəsində məhsuldarlıq aşağı düşür. Yonca üçün ən yaxşı sələflər dənli, tərəvəz və bostan bitkiləri, kartof, qara herik, yem çuğunduru və s. hesab edilir.
Sahənin seçilməsi və torpağın əsas becərilməsi. Yonca əkini üçün münbit, mexaniki tərkibcə yüngül, azacıq qumsal, boz-qonur, qara, şabalıdı torpaqların seçilməsi daha məqsədə uyğundur. Yonca üçün düzən, torpaq səthinin mailliyi 0,50 -dən artıq olmayan sahələr seçilməlidir. Yonca bitkisinin səpinləri üçün torpaq yay və payız fəsillərində hazırlanmalıdır. Bu məqsədlə sələf bitkiləri sahədən yığılıb qurtaran zaman torpağın tipindən asılı olaraq 25-30 sm dərinlikdə əsas şum əməliyyatı aparılmalı, bu iş yaz yonca əkinləri üçün fermer təsərrüfatlarında noyabrın 20-dən gec olmayaraq başa çatdırılmalıdır. Səpin zamanı rayonlaşdırılmış yoncanın “Abşeron”, “Aran”, “Ağstafa-1” sortlarından istifadə etmək lazımdır. Yonca inkişafının erkən dövrlərində fosfor gübrəsinə çox həssasdır. Buna görə də toxumla birlikdə təsiredici maddə hesabı ilə 50 kq/ha dənəvərləşdirilmiş superfosfatın torpağa verilməsi vacib şərtlərdən biridir.
Əkinə qulluq işləri. Respublikanın torpaq iqlim şəraitindən asılı olaraq yonca əkinlərinə qulluq işləri erkən yazda yemləmə gübrələrin verilməsindən, suvarmadan, alaq otlarına, xəstəliklərə, ziyanvericilərə qarşı mübarizədən ibarətdir. Payızda yoncalıqlara fosfor və kalium gübrələri verildikdə onların qışa davamlılığı artır və məhsuldarlığı yüksəlir. Yazda yonca bitkisi vegetasiya dövrünə başlayan zaman fevral ayının ortalarında hektara yemləmə şəklində təsiredici maddə hesabı ilə 30-45 kq superfosfat, kalium və azot gübrələri verməklə bərabər sahə 5-6 sm dərinliyində iki istiqamətdə dişli ziqzaq malasından istifadə etməklə sahəni malalamaq və suvarmaq
Keyfiyyətli yonca otunun mütərrəqi üsullarla hazırlanması və tədarükü texnologiyası. Yonca otunun tədarük edilməsində əsas məsələlərdən biri çalınmış otun qurudulmasıdır. Yüksək və keyfiyyətli yem istehsal etmək yalnız yoncalıqların vaxtında çalınmasından asılıdır.
Birinci, yoncalıqlarda bitkilərin qönçələməsi 90-95% təşkil etdiyi vaxt çalıma başlamaq lazımdır. Çünki bu dövrdə bitkilər ən qiymətli və qidalı yem hesab olunur.
İkincisi, yoncadakı yarpaqların hamısını toplamaqdan ötrü otu kök boğazından 5-7 sm yuxarıdan biçmək lazımdır.
Üçüncüsü, quru ot tədarükü işində əsas məsələlərdən biridə çalınmış otun vaxtında toplanmasıdır. Biçilmiş otu vərlərlə lazımı qədər qurutduqdan sonra yığıb qotmanlamaq, iki qotmanı bir yerdə bağlayıb daşımaq və tayalara vurmaq lazımdır ki çürüməsin.
Dördüncüsü, biçilmiş otun tayalara vurulmasıdır. Quru yonca otun lazımdır. Bu tədbirlərin hər biçimdən sonra təkrarlanması məqsədə uyğundur. ancaq səhərlər, yaxud da axşam çağları tayalara vurulmalıdır ki, itkiyə yol verilməsin. Yonca bağları tayaya bərabər qalınlıqda yığılıb möhkəm tapdalanmalıdır. Tayanın başına küləş qoyulması məsləhətdir.
Suvarma. Yonca bitkisi suvarma şəraitində həyatının birinci ilindən yüksək ot və toxum məhsulu verir. Bunun üçün yonca əkinləri alaqlardan təmizlənməli, suvarma müddətləri və normaları düzgün müəyyən edilməlidir. Yazda suvarmanı çiçəklənmənin başlanğıcında aparmaq lazımdır. Yoncanın birinci ili məhz 6-7 yarpaq dövrü hesab edilir ki, bu zaman 1 hektar sahəyə 300-400 m3 suyun verilməsi tələb olunur. Suvarılan bölgələrdə qrunt səviyyəsindən, torpağın nəmliyindən və suvarma üsulundan asılı olaraq 15-25 gündən bir suvarma əməliyyatı həyata keçirilməlidir. Payız səpinindən sonra yonca sahələrini şaxtalar düşənə qədər 2 dəfə suvarmaq lazımdır. Aran bölgələrində yonca sahəsində növbəti suvarma mart ayında aparılmalıdır. Yoncanın ən intensiv su sərfi birinci çalımdan sonra, hər çalım müddəti daxilində isə yoncanın intensiv böyüməsi dövründə, yəni qönçə bağlamadan çiçəklənmənin əvvəlinə qədər olan dövrdə müşahidə olunur. Buna müvafiq olaraq həmin dövrdə yonca əkinləri aqrotexniki tələblərə uyğun suvarılmalıdır. Əgər yonca sahələri hər biçindən sonra 2 dəfə suvarılarsa 5 dəfə biçin əməliyyatının aparılması mümkündür.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır