Neftçalada kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmələr davam etdirilir
2020-06-23 00:00:00
Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.
Hazırda 1 şəhər, 3 şəhər tipli qəsəbə və 48 kənd yaşayış məntəqəsini əhatə edən Neftçala rayonunda epizootik durum sabitdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, bu sabitliyi qoruyub saxlamaq üçün bütün ölkədə olduğu kimi, Neftçala rayonunda da heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı yanvar ayının ilk günlərindən 2020-ci ilin profilaktik tədbirlərinə başlanılıb. İndiyə kimi rayon ərazisində saxlanılan 35700 baş iribuynuzlu, 59513 baş xırdabuynuzlu, 700 baş təkdırnaqlı heyvanlarda qarayara, 3 min baş itdə quduzluq, 28558 baş iribuynuzlu heyvanda dabaq, 139987 baş (”H” ştammı ilə) quşda və 690990 baş (“La-sota” ştammı ilə) cücədə nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb. Bununla yanaşı, 5000 baş iribuynuzlu və 6291 baş xırdabuynuzlu heyvanda bruselyoz xəstəliyi əleyhinə vaksinasiya işləri həyata keçirilib. Eləcə də 40 obyektin 23750 kvadratmetr sahəsində dezinfeksiya işləri görülüb. Aparılan bu tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında yerinə yetirilib.
Aqrar Xidmətlər Agentliyinin Neftçala Rayon Baytarlıq İdarəsi “soyuq zəncir” rejimi gözlənilməklə 12 sahə baytarlıq məntəqəsində peyvəndləmə tədbiri aparır. Dövlət vəsaiti hesabına alınmış peyvənd vasitələri mal-qaraya ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.
Neftçala rayonunda bundan sonra epizootik tədbirlər planına uyğun olaraq müvafiq peyvəndləmə tədbirləri davam etdiriləcəkdir.
Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verirlər. Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi, sərin və təmiz su ilə suvarılmasına diqqət göstərilməsi və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Eləcə də tədbir aparan mütəxəssislər insanların yaşadığı əraziyə daxil olmurlar. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır