Lənkəranda çəltik əkinlərində alaq otlarına qarşı mübarizə tədbirlərinə başlanılıb
2020-06-24 00:00:00
Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Lənkəran Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən çəltik əkilən sahələrə baxış keçirilərək, alaq otlarına qarşı mübarizə tədbirlərinə başlanılıb. Belə ki, rayonun Girdəni kəndi ərazisində “Muğam-düyü” MMC-ə məxsus 97 hektar çəltik sahəsində alaq otlarına qarşı mübarizə tədbirləri aparılıb. Çəltik əkinlərinə sirayətlənən əsas alaq otlarından çayır otu, iri dənli çəltik darısı (slufə) qarşı Ciliger preparatı ilə hektara 1 litir məsarif norması ilə mübarizə tədbiri aparılıb.
Qeyd edək ki, çəltik yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur. Düyü il yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır.
Respublikamızda çəltik əsasən Lənkəran, Astara, Masallı, Ucar, Ağdaş, Göyçay, Şəki rayonlarında becərilir. Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 30-40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə isə 50-60 sentner və daha artıq olur. Çəltik iki yarımnövə bölünür. Birinci yarımnövdə dən uzunluğu ilə, ikinci yarımnövdə isə qısa yumruluğu ilə fərqlənir.
Respublikamızda çəltiyin əsasən “Yerli Masallı- Sədrisi”, “Haşimi”, “Apallo” və “Avanqard” kimi sortları becərilir.
Çəltiyin vegetasiya müddəti: Çəltik isitisevər bitkidir. Toxumun minimum cücərmə temperaturu 13-16 oC-dir. Çəltiyin tam cücərmədən kollanmasının axırına qədər olan dövr 30-32 günə başa çatır. Kollanmanın sonundan çiçəklənmənin axırına qədər 22-25 gün çəkir. Sütül və mum yetişkənliyi 20-25 oC temperaturda 18-20 gün, mum yetişkənliyin axırından 16-18 gün çəkir. Səpinin qurtarması ilə məhsulun yetişməsi 115-135 gündə başa çatır.
Çəltiyə qulluq: Çəltiyin inkişafında iki etap var.
Birinci-çəltiyin cücərməsindən kollamaya qədər olan dövründə torpaqda yüksək rütubətə nail olub, əkin sulu əraziyə basdırılmalıdır.
İkinci- kollama fazasından mum yetişkənliyi fazasına qədər tarlalar suya basdırılmalıdır. Çalışmaq lazımdır ki, su qatı 5-10 sm-dən hündür olmasın.
Çəltiyin mum yetişkənliyi dövründə su tədricən kəsilir və tarlanın rütubət tutumu 70%-ə qədər qurudula bilər. Bu, məhsulun miqdarını azaltmır. Çəltik tarlalarında alaq otlarına qarşı daim mübarizə aparılmalıdır.
Kollanmanın aparılması dövrü hər hektara 150-160 kq azot və 70-80 kq superfosfat gübrəsinin verilməsi məhsuldarlığı artırır. Gübrə səpini zamanı 3-5 gün ərzində ləklərdə su saxlanılmalıdır.
Məhsul yığımı: Yığımdan 12-15 gün qabaq zəmidən su kənar edilməlidir. Sünbüllər 80-90% saraldıqda biçin başlayır.
Yaxşı quru havada biçin 2-3 gün sərili qalır, qurudulur. Sonra dərzlərə bağlanmalıdır və çəltiyin döyülməsi 6-7 gündən sonra başlanmalıdır. Geniş sahələrdə məhsul yığımı taxıl kombaynları ilə həyata keçirilir. Çalışmaq lazımdır ki, məhsul itkisinə yol verilməsin.
Çəltik dəni saxlanılan anbarlarda rütubət 13-14%-dən artıq olmamalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır