Xocavəndlilərə məxsus heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işləri davam etdirilir
2020-05-18 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət olunmaqla, ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, cari ilin ilk günlərindən başlayaraq xocavəndlilərə məxsus təsərrüfatlarda heyvanlar arasında “Epizootiya əleyhinə profilaktik və diaqnostika tədbirlər planı“na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, dezinfeksiya və digər tədbirlərə start verilib. Hazırda Beyləqan rayonunda (Xocavənd rayonundan köçkün salınan heyvandarlıqla məşğul olan insanların əksəriyyəti bu rayonda yerləşib) məskunlaşan xocavəndlilərə məxsus heyvandarlıq təsərrüfatlarında tədbirlər davam etdirilir.
2020-ci ilin əvvəlindən indiyə kimi Xocavənd Rayon Baytarlıq İdarəsi və tabeliyində olan 4 sahə baytarlıq məntəqəsi tərəfindən aparılan tədbirlər çərçivəsində rayon əhalisinə məxsus ayrı-ayrı təsərrüfatlarda 2387 baş iribuynuzlu, 4722 baş xırdabuynuzlu və 85 baş təkdırnaqlı heyvanda qarayara, 306 baş itdə quduzluq, 2351 baş iribuynuzlu heyvanda dabaq, 54901 baş körpə cücədə (“La-sota” ştammı ilə) və 14470 baş ev quşunda nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
May ayının ilk günlərindən isə bütün ölkədə olduğu kimi, Xocavənd rayonundan erməni işğalçıları tərəfindən köçkün salınan əhaliyə və şəxsi təsərrüfatlara məxsus xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Həmçinin iribuynuzlu heyvanlar arasında nodulyar dermatit, leptospiroz və xırdabuynuzlu heyvanlar arasında qarayara xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Tədbirlərin heyvanlar yaylağa çıxana qədər yekunlaşdırılması nəzərdə tutulur.
Peyvəndləmə ilə yanaşı, idarə tərəfindən təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri, dezinfeksiya və heyvanların müalicə işləri həyata keçirilir. Cari ilin müvafiq dövrü ərzində Xocavənd rayonunda baytarlıq mütəxəssisləri tərəfindən yoluxucu xəstəliklərə qarşı 121 obyektin 9300 kvadratmetr ərazisi dezinfeksiya edilib. Eləcə də 1160 baş quşda askardioz, 536 baş xırdabuynuzlu heyvanda fassilyoz və 80 baş xırdabuynuzlu heyvanda monezioz xəstəliklərinə qarşı müalicəişləri aparılıb və sağalmalarına nail olunub.
Məlumat üçün qeyd edək ki, heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Rayon (şəhər) baytarlıq idarələri AXA tərəfindən bioloji preparatlarla təmin olunmaqla peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “soyuq zəncir” rejiminə ciddi əməl edilir.
Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasının mümkün qədər qapalı (tövlə) şəraitində aparılması və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Tədbirlər heyvan saxlanan tövlələrdə və ya çardaqlarda (talvarlarda) aparılır. Eləcə də tədbir aparan mütəxəssislər insanların yaşadığı əraziyə daxil olmurlar. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.
Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfata yeni gətirilən heyvanlar məcburi surətdə karantində saxlanmalı, eləcə də təsərrüfatlarda saxlanılan heyvanlarda hər hansı narahatçılıq müşahidə edilərsə, rayon (şəhər) baytarlıq idarələrinə vaxtında müraciət olunmalıdır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır